İmam Zamanın (ə.f) adını eşidəndə niyə durur və əlimiz başımıza qoyuruq?
Şeyx Abbas Qumi Debel Xuzainin İmam Rıza (ə)- ın hüzurunda oxuduğu qəsidəni nəql edərkən yazır ki, qəsidədə İmam Mehdinin (ə) adı xatırladıldı: خروج امام لا محاله خارج یقوم علی اسم اللَّه بالبرکات Bu zaman İmam Rıza (ə) Qaim adını eşidib ayağa qalxdı və başını yerə tərəf əydi, sonar sağ əlinin ovucunu (içini) başına qoydu və buyurdu: "اللهم عجل فرجه و مخرجه و انصرنا به نصراً عزیزاً". Mərhum Mühəddis Nuri İmam Zamanın (ə) adı çəkiləndə durmaq və əli başa qoymaqla bağlı qeyd edir: هذا القیام والتعظیم خصوصا عند ذکر ذلک اللقب المخصوص سیرة تمام أبناء الشیعة فی کل البلاد من العرب والعجم والترک والهند والدیلم وغیرها ، بل وعند أبناء أهل السنة والجماعة أیضا. “Həzrət Höccətin (ə) xüsusi adını çəkiləndə bu şəkildə hörmətlə durmaq qədimdən bütün şiələrin arasında adət idi; ərəbli, əcəmli, türklü deyləmli bütün şəhər və ölkələrdə, hətta Əhli - sünətin də arasında adət çəkilni almışdı. Bu əməlin başqa bir səbəblərindən də biri qiyama və o həzərtə kömək etməyə hazırlıq mənası da ola bilər. Əlimizi başımıza qoyub onun əmr və göstərişlrinə tabe olcağımızı bildiririk. Ümumiyyətlə , ərəblərdə belə bir adət var idi ki, onlar açılması müşkül olan mühüm düyünə düşdükdə, çətin problem və müsibətlə üzləşdikdə əlacsızlığı ifadə edər və dərdlilik əlaməti olaraq öz əllərini başlarına qoyardılar. Fərəc duası oxuyarkən qeybət dövründə imamdan uzaq düşməyin kədər və acısını ifadə etmək məqsədi ilə əli başımıza qoyururq. Qeyd edildiyi ki, bu əməl xüsusi hörmət və hazırlıq mənasını da ifadə edir. shabestan.ir Oxşar xəbərlər
|