Besətin ruhunu anlamaq üçün elmin Allah dərgahındakı xüsusi məqamını tanımalıyıq
Müəllif: Admin
Tarix: 14-04-2018, 10:04
Besətin ruhunu anlamaq üçün elmin Allah dərgahındakı xüsusi məqamını tanımalıyıq
Məbəs kimi böyük bayramda besətin ruhunu tanımaq lazımdır. Besətin ruhunu ilk gələn ayədə axtarmaq lazımdır. Şübhəsiz ki, hər bir nicatverən bir işin başlanğıcı üçün elm və agahlığın olması şərtdir. İlk vəhy olunan ayə Allahın lütf və kərəmini insan xilqətindən sonra qələm vasitəsilə təlim vermək kimi tanıtmışdır. Çünki hər bir nəslin fikir və düçüncələri qələm vasitəsilə başqa nəsillərə ötürülər. Keçmiş xalqların fikirləri qələm vasitəsilə gələcəkdəkilərə yadigar qalar. Qədim Yunan, Misir, Babil, Roma xalqlarının mədəniyyətini o dövrdən qalma yazılarla müəyyən etmək və tanımaq olar.

Ona görə də Allah Təala yaradılış qüdrətini bəyan etdikdən sonra, qələmin qüdrətini yada salır. Bu da qələmin Allah dərgahındakı xüsusi məqamından xəbər verir.
Həzrət Peyğəmbər (s) ilk vəhy dərsini alır və elmi, biliyi ən üstün ibadət hesab edir. Onu öyrənməyi hər bir müsəlman qadın və kişiyə tövsiyə edir.
Bir gün Peyğəmbər (s) məscidə daxil olur. Bir dəstəni ibadətlə məşğul olan halda görür və bir dəstəni də halqa vurub dərs öyrənən halda. Həzrət (s) öyrənənlərin halqasını seçir, onların dəstəsinə qoşulur.
Həzrət Peyğəmbər (s) Mədinəyə getməzdən əvvəl Abdullah ibni Səidə göstəriş verir ki, Mədinə camaatına yazmağı və oxumağı öyrətsin. Bədr döyüşündən sonra savadlı əsirləri ona görə azad edirdilər ki, on nəfər Mədinə insanına yazmağı və oxumağı öyrətsin. Həzrət Rəsuli-Əkrəm (s) hətta övladın atası üzərində haqqı kimi, ona elm öyrətməyi təyin edir.
“Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə(əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər”. (“Tövbə” 122).
Bəli, Mədinə xalqı hətta döyüş zamanı belə Həzrət Peyğəmbərin (s) müəllimliyi ilə elm və dini öyrənirdilər. Allah müsəlmanlara elm öyrənməyi tövsiyə edir ki, dünyaya çatdırmağa çalışsınlar ki, bu din ancaq döyüş və cihad dini deyildir. Dinin əsl hədəfi – insanlara təlim vermək, onların əqli, məntiqi və insani dəyərlərini yuxarı qaldırmaqdır.
Bəli, bu, besətin bərəkətindən idi ki, barmaq sayı qədər savadlı insanı olan bir cəmiyyət elm və din sahəsində o qədər inkişaf etdi ki, başqa dövlətlərə belə öz elmindən və biliyindən tədris etməyə başladı. İlahi peyğəmbərlər (ə) gəlmədilər ki, ağlı kənara qoysunlar və vəhyi onun canişini etsinlər. Xeyr, peyğəmbərlərin (ə) əsl hədəfi - ağlı çiçəkləndirmək və qarşısında olan maneələri aradan qaldırmaq olmuşdur.
İmam Kazım (ə) Hişam ibni Həkəmə buyurur: “Ey Hişam! Allahın insanlar üzərində iki hüccəti vardır: daxili və xarici hüccətlər. Xarici hüccətlər – peyğəmbərlər və imamlardırlar. Daxili hüccəti isə ağıldır”.
İmam Əli (ə) də peyğəmbərlərin (ə) əsl hədəfini ağlın xəzinələrini aşkara çıxartmaq hesab edir. O zamana qədər ki, müsəlmanlar Quranın və Həzrət Peyğəmbərin (s) tövsiyəsi ilə elm və yeniliklər dünyasını çiçəkləndirirdilər, dünyada sərvərlik edirdilər. Lakin o gündən ki, qələmi və elmi kənara qoydular, yerini cəhalət aldı. Cahiliyyət yeni libasında müsəlmanları əhatə etdi.
Allah besətin əsl hədəfini insanları kamala çatdırmaq hesab edir. Buna işarə edən ayələr vardır. “Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir”. (“Bəqərə” 282).
“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29).
“Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164).
Bir nəfər Əmirəl-möminin (ə) yanına gəlir və deyir: “Peyğəmbərin (s) əxlaqını mənim üçün sayın lütfən”. Həzrət Əli (ə) ona buyurur: “Sən dünya nemətlərini say ki, mən də o Həzrətin (s) əxlaqını sayım”. Həmin kişi deyir: “Dünya nemətlərini necə saya bilərəm ki, Allah Quranda buyurub: “Əgər Allahın nemətlərini saysanız, sona çatdıra bilməzsiniz””. Həzrət Əli (ə) buyurur: “Allah dünya nemətlərini az və qəlil bilir. Buyurur: “De: Dünya bər-bəzəyi azdır”. Halbuki, Peyğəmbərin (s) əxlaqını böyük hesab edərək, buyurur: “Sən çox böyük bir əxlaqda möhkəmsən”. İndi ki, sən az olan bir şeyi saya bilmirsən, mən necə böyük əxlaqı sayım ki?”.
Bəli, Peyğəmbərin (s) çox gözəl və böyük bir əxlaqı var idi. Besəti ilə müsəlmanların da əxlaqını gözəlləşdirmək üçün səy göstərirdi. Çalışırdı ki, müsəlmanlar bəyənilən əxlaqi dəyərlərə malik olsunlar.
Beləliklə deyə bilərik ki, besət bəşər aləmində böyük elmi və ürfanı dəyişikliklər yaratdı və insanların əxlaqını, nəfslərini, ruhlarını zülmətdən xilas etdi və onlarla kamala çatmağın yollarını göstərdi.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930