İmam Kazım (ə): “Allah Təala təvazökarlığı ağlın vasitəsi qərar vermişdir”
Mьəllif: admin1
Tarix: 14-05-2015, 14:12
İmam Kazım (ə): “Allah Təala təvazökarlığı ağlın vasitəsi qərar vermişdir”

Hişam ibni Həkəm Məsum İmamın (ə) vəfalı dostlarından idi. Onun yazdığı “Töhfəl-uqul” kitabı İmam Kazımın (ə) buyurduqlarının məcmuəsidir. Bu kitabda Həzrətin (ə) buyurduqları bəzi nurani kəlamlara işarə edək.
İmam (ə) Hişama buyurur: “Ey Hişam! Bütün insanlar ulduzlara baxarlar. Ancaq yalnız o kəslər onların yardımı ilə yollarını tapa bilər ki, ulduzların hərəkətindən və yolundan agah olsunlar. Siz də eləsiniz. Hikməti öyrənirsiniz, ancaq aranızdan yalnız o kəslər hikmətin yardımı ilə yollarını tapa bilir ki, ona əməl edirlər”.
Bu nurani kəlam qısa olmasına baxmayaraq, çox dərin mənanı ehtiva edir. Başa düşmək olur ki, hikmət öyrənmək ümumi bir işdir. Hər bir insan hikməti öyrənə bilər. Ancaq onu öyrənmək kifayət deyildir. Hikmətin yardımı ilə hədəfə çatmaq üçün ona əməl etmək lazımdır.
Hətta Hişam ibni Həkəm kimi bir insan belə, buna möhtacdır. Halbuki o, Əhli-beytin (ə) ən bilikli və agah səhabələrindən idi. Buna baxmayarq, İmam (ə) ona xəbərdarlıq edir ki, başında olan hikmət haqqındakı məlumatlarla kifayətlənməsin. Onlara əməl etsin.
Ona görə də bir çoxlarımız hikməti öyrənir və xəyal edirik ki, onu bilirik. Halbuki, bu hikmət - mətbəxdə olan xam ərzağa bənzəyir. Onların vasitəsilə hansısa yeməyi bişirmək olar. Ona görə də o zaman ki, hikmətə əməl edərik, o zaman onun həqiqətini dərk edər və nə olduğunu bilərik. Dərinliklərinə əlimiz çatar.

İmam (ə) başqa yerdə buyurur: “Ey Hişam! Bitki yumşaq torpaqda bitər, nəinki sərt torpaqda. Hikmət də belədir. Təvazökar qəlblərdə abad olar, ancaq təkəbbürlü insanın qəlbində abad olmaz. Çünki Allah Təala təvazökarlığı ağlın vasitəsi qərar vermişdir. Təkəbbürü isə cahilliyin vasitəsi”.
İmamın (ə) bu buyurduğu bizi hikmətin başqa bir tərəfi ilə tanış edir. Yəni, hikmət harada daha yaxşı iknişaf edə bilər, hansı ürəkdə. Hikmət sözləri bir bitki kimi təvazökar insanın ürəyində inkişaf edər. Ancaq əgər insane təkəbbürlü olarsa, hikmət onun batinində inkişaf etməyəcəkdir.
İmam (ə) bu nurani kəlamı ilə bizlərə buyurur ki, təkəbbür elə bir rəzil sifətdir ki, əgər beynimizdə bütün peyğəmbərlərin təlimlərini cəm etsək belə, hikmət bu cür ruhda inkişaf etməyəcəkdir. Sanki bir toxumu susuz bir səhraya atırsan və həmin toxum məhv olar, qətiyyən inkişaf etməz. Hər bir bitkinin inkişaf etməsi üçün lazımlı şərait lazımdır. Əgər bu şərait olmazsa, həmin bitki inkişaf etməz.
Təkəbbür elə bir böyük günahdır ki, ondan uzaq olmaq üçün xüsusi müraqibə lazımdır. Hər nə qədər əməlimizi çox mühasibə etsək, daxilimizdə təkəbbürün nişanələrinə rast gələ bilərik. Bu təkəbbür müalicə olmazsa, bizi həlak edər. Təkəbbürü müalicə etməyin faydalarından biri budur ki, daxilimizdə inkişafdan qalmış hikmət inkişaf etməyə başlayar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031