Həqiqi bəndəlik insanın ruhunu elə doldurar ki, üsyan və günah üçün yer qalmaz
Mьəllif: admin1
Tarix: 7-02-2018, 22:10
Həqiqi bəndəlik insanın ruhunu elə doldurar ki, üsyan və günah üçün yer qalmaz

İnsan ürəyində Allah sevgisi hər nə qədər çox olarsa və hər nə qədər İlahi əzəmət insan ruhuna nüfuz edərsə, insan ruhu daha aram olar və bu sevgi insanı dünya təşvişlərindən azad edər. O şey ki, həqarət və alçaqlığa səbəb olar, insan ondan nicat tapar.

İmam Əli (ə) buyurur: “Sübhan Allahın Cəlalı o kəsin can gözündə və məqamı ürəyində böyük görünərsə, yaxşı olardı ki, bu böyüklüyə görə hər nə Allahdan qeyridirsə, onun yanında kiçik görünsün”.

O kəsin ki, canına İlahi əzəmət nüfuz edər, ruhu o qədər aram olar ki, çətinliklərdə və xoşluqlarda özünü itirməz. Düz yoldan kənara çıxmaz.
İnsan bəndəliyini qəbul edərsə, Allahın əzəməti canını elə doldurar ki, artıq üsyankarlıq üçün yer qalmaz.

İmam Əli (ə) buyurur: “Şübhəsiz o kəs ki, Allahın əzəmətini bilər, layiqli deyildir ki, özünü böyük adlandırsın”.

Allah dərgahında özünü hiss etmək – elə bir haldır ki, insanı özünə və başqalarına qarşı məsuliyyətli edir. Bu, elə bir məsuliyyətdir ki, hər bir şəriatdə bərqərardır və xarici amillərə tabe deyildir.

Imam Əli (ə) buyurur: “Sirlərdən agah və batinləri görəndir. Hər bir şeyə əhatəsi vardır və hər şeyə qadirdir”. İmam Əlinin (ə) nəzərində Allaha və tövhidə etiqad bəsləmək insanı o qədər məsuliyyətli edir ki, insanların haqqını İlahi haqq kimi görməyə başlayır.

Allaha iman bəsləmək insanı haramlardan çəkindirər. Bu inanc hər nə qədər dərin olarsa, insan alçaqlıqdan o qədər uzaq olar. İnsan aşkar və gizlində İlahi haramlardan çəkinər.

İmam (ə) buyurur: “Gizlində Allaha itaətsizlik etməkdən çəkinin, çünki o Kəs ki, görən və şahiddir – özü mühakimə edəndir. Ona görə də o Allahdan çəkinin ki, sizin işlərinizi görəndir”.

O kəs ki, Allaha inanar - zülmə əl atmaz. Ədalətlə rəftar edər. Çünki bilir ki, Allah ədalətə riayət edənləri sevir, zalımların zülmündən bezardır.

İmam Əli (ə) buyurur: “Özün və ailən tərəfindən və meylin olan hər bir həmvətənin tərəfindən Allahın haqqını ver. Çünki əgər belə etməsən, zülm etmisən. Hər kim Allah bəndələrinə zülm edər, Allah bəndələrinin yerinə ondan haqq istəməyə qalxar. O, davamlı olaraq Allahla döyüşdə olar o zamana qədər ki, əl çəkər və tövbə edər”.

Allaha yaxın olmaq insanın hər bir qorxusunu aradan aparar. Onu daha güclü və mətanətli edər. Heç bir şey Allahı yada salmaq kimi insanı bu qədər güclü etməz.

İmam (ə) buyurur: “Başqasının bəndəsi olma ki, Allah səni azad xəlq etmişdir”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930