İman mühümdür, yoxsa ağıl?
Mьəllif: admin1
Tarix: 6-07-2019, 09:32
İman mühümdür, yoxsa ağıl?
Bəzən bu sual insanı narahat edir ki, iman mühümdür, yoxsa ağıl? Lakin bir qədər düşündükdən sonra başa düşülür ki, iman ilə ağıl arasında gizli bir kəndir vardır. Hər ikisi bir-birinə bağlıdırlar. Əgər biri olmasa, o birisi də olmaz.

Buna Quran ayələri də şəhadət verir:

“Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi – düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan)insanlardır”. (“Ənfal” 22).

“Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir”. (“Ənfal” 55).

“Və heç kəs Allahın izni və köməyi (Onun əqli və nəqli hidayəti) olmadan iman gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir)”. (“Yunus” 100).

Hədisdə oxuyuruq: “O kəsin ki, ağlı yoxdur, dini yoxdur”.

Bəli, insanı bədbəxt edən amil – düşünməməsi və təfəkkür etməməsidir. Bu həqiqəti daha dərindən dərk etmək üçün bu ayəyə işarə edək: “Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.

Az qala qəzəbin şiddətindən parça-parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?».

Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».

Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq». Beləliklə öz günahlarını etiraf edərlər; və (Allahın rəhmətindən) uzaq olsun yanar cəhənnəm odunun əhli! Ölüm olsun onlara!”. (“Mulk” 7-11).

Bu ayə insana qamçı kimi dəyir və insanı qəflət yuxusundan ayıldır. İnsan gərək bu ayəyə baxan zaman düşünsün ki, həmin cəhənnəm əhlinin taleyinə düçar olmasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930