Nəsuh tövbəsi nədir?
Mьəllif: admin1
Tarix: 25-03-2022, 23:14
Nəsuh tövbəsi nədir?
Nəsuh tövbəsi nədir? Bu sözün təfsiri üçün 23 məna vermişdilər ki, hər biri də tövbənin sifətlərinə qayıdır.

Biri budur ki, nəsuh tövbəsində bu dörd şərt olmalıdır: qəlb peşmançılığı, dildə istiğfar, günahı tərk etmək, gələcəkdə təkrar etməməyi qərara almaq.

Nəsuh tövbəsində bu şərtlər olmalıdır: tövbənin qəbul olmamasına görə qorxmamalı, qəbul olmağına ümid bəsləməlidir, Allaha itaət etməyə davam etməlidir.

Ya da nəsuh tövbəsi o tövbədir ki, günahını davamlı olaraq gözlərinin önündə görəsən və ona görə xəcalət çəkəsən.

“Nəsh” sözünün mənası “xalis” deməkdir. Bəzən nəsihət verməyi də nəsh adlandırırlar. Ona görə ki, xalis niyyət və xeyrxahlıqla olar.

“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün”. (“Təhrim” 8).

“Səhah” və “Qamus”da nəsuh tövbəsini sadiq tövbə adlandırırlar. Hər halda nəsuh tövbə o tövbədir ki, günah geri qayıtmaz.

Məaz ibni Cəbəl Peyğəmbərdən (s) soruşur: “Ya Rəsulallah! Nəsuh tövbəsi nədir?”.

Buyurur: “Yəni tövbə edər və sonra həmin günaha qayıtmaz. Necə ki, süd bir daha sinəyə qayıtmır”.

Əbu Səbah Kənani İmam Sadiqdən (ə) nəsuh tövbəsi haqqında soruşur və Həzrət (ə) buyurur: “Bəndə günahına görə tövbə edər və sonra ona qayıtmaz”.

“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin.

Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir.

Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»”. (“Təhrim” 8).

Məsumlardan (ə) nəql edilir: “O bəndə ki, nəsuh tövbəsi edər, Allah onu sevər. Dünya və axirətdə günahlarını gizlədər”.

Hədisi nəql edən deyir ki, soruşdum: “Günahları necə gizlədər?”

Buyurdu: “Onun günahlarını yazması üçün vəzifələndirdiyi iki mələyin yadından bu günahları çıxardar. Əza və üzvlərinə əmr edər ki, günahı gizlətsinlər.

Yerə də əmr edər ki, sənin üzərində etdiyi günahları gizlət. Allahla o halda görüşər ki, günahına şəhadət verəcək heç kəs olmaz”.

Nəsuh tövbəsi edək və işlətdiyimiz günaha qayıtmamağa çalışaq.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031