Biz Allahın tərbiyə metodundan agah olmadığımıza görə, müsibət gələn zaman narahat olarıq
![]() Muhəmməd İsmayil Dulabi – Dulab kəndində dünyaya gəlmişdir. Cavanlıqda əkinçiliklə məşğul olmuşdur. Eyni zamanda azad şəkildə bir çox alimlərin dərslərində iştirak etmişdir Bu alimlərə: Ayətullah Seyyid Muhəmməd Şirazını, Ayətullah Şahabadini, Şeyx Qulaməli Qumini, Şeyx Muhəmmədcavad Ənsarini misal göstərmək olar. (Tebyan) O, sadə insan olduğu üçün, dili də bir çoxları üçün başa düşülən idi. Bu abid insan sadə dili ilə insanlara dəyərli tövsiyələr verirdi. Bu tövsiyələrdən biz də bəhrələnək. “Nə zaman sizi incitsələr, ya da kimdənsə narahat olmusunuzsa və heç kəsə demək istəmirsinizsə, istiğfar edin. Həm özünüz üçün və həm də sizə əziyyət verən həmin insana görə. Deyin ki, çarəsiz pis iş görmüşdür, əgər düşüncəsi olsaydı, bu işi görməzdi. O zaman ki, istiğfar edirsən, Allah səni sevər. Əgər ürəyin istiğfar üçün hazır deyilsə, dilində istiğfar et ki, ürəyin yumşalsın. Bu işi üç-dörd dəfə etsəniz, qəm sizi əhatə edə bilməz. Çünki artıq yolunu bilirsən. İstiğfar - insanın aman yeridir, yəni pənah yeri. O zaman ki, istiğfar edirsən, Allahın pənahında qərar tutursan. Bir il tarlamın hamısını çəyirtkələr yedilər. İlahi təqdirə narazılıq edəcəyimin qorxusundan tarlaya getmədim. Kəndin qocalarından biri mənə dedi: “O zaman ki, işlərin xarab olar, fikrini çəkmə, başını qoy yat”. Gördüm ki, düz deyir. İndi ki, xarab olub, zahiri xarab olubdur, batini düzgündür. Bu çəyirtkələr - Allahın ordusudur. Allahın əmri ilə tarlanı yeyiblər. Allahın iradə etdiyi də xeyirdən başqası deyildir. Ancaq zahiri bizim istəklərimizdən fərqlidir. Onu xeyir bilmirik. O zaman ki, işlərin zahiri xarab olar, fikrini çəkmə, başını qoy yat. Əgər fikrini çəksən, qüssə yeyərsən. Çəyirtkələr gəldi yedi, qurtardı. İndi nəyə qəm yeyəcəksən ki? Əgər İlahi təqdirə hüsnü-zənnin yoxdursa, ən azı başa düş ki, qəm yeməyin faydası yoxdur. Yoldaşım yıxıldı öldü, başının üstündə hər nə qədər ağlasam da, dirilməyəcəkdir. Sərvətimi od tutdu və yandı. O qədər mərifətim yoxdur ki, deyim: Allah bu işi gördü və mənim xeyirim bunda idi, O, hər şeyin yaxşısını bilir. Hələ bu mərifətə gəlib çatmamışam. Ən azı başa düşək ki, əyləşib dizimizi qucaqlayıb qəm yesək, heç bir şey həll olmayacaqdır. Yanmış sərvətim geri qayıtmayacaqdır. Boş yerə niyə qəm yeyim ki? Allahın bir tarı, bir toru və bir də tiri vardır. Özünün bu tarı, toru və tiri ilə insanları Özünə cəzb edər. Allahın tarı - Qurandır. Səma nəğmələridir. Bir çoxlarını Quran vasitəsilə özünə cəzb edər. Bir çoxlarını da toru ilə cəzb edər. Etikaf mərasimi, Ramazan ayı və Qədr gecəsi kimi. Allahın tiri – çətinliklər yüküdür. Bəzən də insanları bu yolla Özünə cəzb edər. İlahi övliyalar bu çətinliklər üçün saniyələrini sayarlar. Şeyx Bəhayi deyir: “O zaman ki, müsibət və bəla həyatıma gələr – başa düşərəm ki, dəyərim vardır. Ancaq gileyim vardır ki, niyə məni tez-tez giriftar etmir”. Pambığı vuran zaman açılar və ağarar, dəyər əldə edər. Əgər insan çətinliklərə bu cür nəzər salsa, ümidsiz olmaq üçün yer qalmaz. Bu çətinliklər ümidimiz üçün zəminə hazırlayar. Şad olmağımızın zəminəsini hazır edər. Biz Allahın tərbiyə metodundan agah olmadığımıza görə, müsibət gələn zaman narahat olarıq”. /Deyerler.org/ Oxşar xəbərlər
|