Qeybə iman bəsləmək – möminin sifətlərindəndir
Mьəllif: admin1
Tarix: 26-02-2022, 11:21
Qeybə iman bəsləmək – möminin sifətlərindəndir
Qeyb aləmi dedikdə mələkut aləminin nuru və varlıqları nəzərdə tutulur. Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylər qeyb aləminə aiddir.

Bu mələklərin hər biri Allahın onlar üçün təyin etdiyi vəzifə ilə məşğuldurlar. Onlar Allahın əmrlərini yerinə yetirirlər. Onları görmək maddi gözlərdən uzaqdır, lakin iman bəsləmək dindarlığın əlamətlərindəndir.

"Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq - Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən(başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcə də öz malını – çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq – Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar!(Ümumiyyətlə yaxşılıq üç cəhətdən - etiqad, əməl və əxlaqdan ibarətdir)". (“Bəqərə” 177).

Bu varlıqlar bizim gözlərimizdən gizli olsalar da, mövcuddurlar. Onlara iman bəsləmək hər bir möminin bariz sifətlərindəndir. İnsandan gizli qalan çox həqiqətlər vardır ki, insan onları qəbul etməlidir. Bərzəx aləmi, Qiyamət, sIrat, behişt, cəhənnəm... kimi.

İman - elə bir həqiqətdir ki, qəlbdə olar. Əgər ürəkdə iman olmazsa, ancaq insan dildə kəlmeyi-şəhadətləri deyərsə, bu insan mömin hesab olunmaz. Bunu bizə Quran buyurur: “Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər”. (“Maidə” 41).

İman qəlbdə olmalıdır. “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir”. (“Mücadilə” 22).

Qeyb sözü ümumi bir söz olub, insanın gözündən gizli olan hər şeyə aid olmasına baxmayaraq, lakin mələklər elə varlıqlardır ki, onlara iman bəsləmək zərurətlərdəndir. Onlara iman bəsləmək insana nicat verər. Onlar hələ Quran nazil olmamışdan əvvəl var idilər və var olacaqlar da.

Beş hiss orqanı ilə dərk edə bilmədiyimiz həqiqətlər əslində mövcuddur. Hələ qədim zamandan bəri ariflər və alimlər onların varlığından xəbərdar idilər.

Əbu Əli Sina o alimlərdəndir ki, bütün dünya onu qəbul edir. O, dördüncü kitabında belə yazır: “Bil ki, bəzən bəziləri belə xəyal edirlər ki, mövcudatlar həmin o kəslərdir ki, insan hissi onlara çatır. O şey ki, hiss onlara çatmır mövcud deyildir. Ancaq əgər sən düşünsən, bu hisslə qavradığın varlıqlarda elə şey taparsan ki, hissi deyildir”.

Bəli, elə insanın özündə elə qüvvələr vardır ki, insan onun olduğuna əmindir, lakin hiss orqanları ilə görə bilmir. Şəhvət qüvvəsi, ağıl qüvvəsi, vicdan, təkəbbür, hərislik və sair kimi.

Hər bir halda qeyb aləimini bürhanlarla isbat etmək mümkündür. Bu aləm haqqında Quranda və hədislərdə söz açılmışdır.

İbni Məsud Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “And olsun o Kəsə ki, Ondan başqa Məbud yoxdur. Kimsə qeybə imandan üstün iman gətirməmişdir”. Sonra bu ayəni tilavət etdi: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər”. (“Bəqərə” 3).

Bu ayədən göründüyü kimi möminlərin üç xüsusiyyəti bəyan olunuşdur ki, imanın zərurətlərindəndir: qeybə iman bəsləmək, namaz qılmaq, infaq etmək. Ona görə də deyə bilərik ki, həqiqi mömin o kəsdir ki, qeyb aləminə iman bəsləyər və bu iman qəlb imanı olmalıdır, dil deyil.


/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031