Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Sileyi-rəhm əməli pak edər, ruzini artırar, bəlanı dəf edər, Qiyamət hesabını asan edər, əcəli təxirə salar

Sileyi-rəhm əməli pak edər, ruzini artırar, bəlanı dəf edər, Qiyamət hesabını asan edər, əcəli təxirə salar

Sileyi-rəhm əməli pak edər, ruzini artırar, bəlanı dəf edər, Qiyamət hesabını asan edər, əcəli təxirə salar


Hər birimizin evində baharın gəlişini hiss etmək olar. Hər birimiz bu bayram günlərində çox sayda qonaq qəbul edib, yola salmışıq. Qohumlarla yaxın olmaq və sileyi-rəhm etmək o qədər gözəl adətdir ki, Allah onun üçün çox sayda əcr müəyyən etmişdir. (Tebyan)

Sübhan Allah sileyi-rəhm üçün axirət əcri ilə yanaşı, dünya əcri də təyin etmişdir. Belə ki, sileyi-rəhm edənin mal-sərvəti artar, ömrü uzanar.

Bu adət o qədər mühümdür ki, həm Quran, həm sünnət və həm də ağıl onun vacib olduğunu buyurmuşdur. Hətta ona riayət etmək üçün birillik səfərə çıxmaq belə, tövsiyə olunmuşdur.

Qohumlarla əlaqəni kəsmək - Sübhan Allahla əlaqəni kəsmək hesab edilir. Allah yanında o qədər mənfur bir işdir ki, Allah həmin insanı Quranın 3 yerində lənətləmiş və nifrin etmişdir.

Fiqh elmində qohumluq əlaqəsini kəsmək böyük günah hesab edilir. Hətta bəşərin məhv olmaq amili kimi tanıdılmışdr. Hədislər buyurur ki, min illik məsafədən hiss olunan behiştin iyini onlar hiss etməzlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizə əxlaq cəhətdən dünya və axirətin ən üstün insanını tanıdımmı?”. Deyirlər ki, bəli. Buyurur: “O kəsdir ki, onunla qohumluq əlaqəsini kəsənlə əlaqə qursun”.

Sileyi-rəhm Allah yanında o qədər əziz bir əməldir ki, onu savab baxımından ən tez həyata keçən ibadət adlandırmışdır. İmam Rza (ə) buyurur: “Allah üç şeyi üç şeyə yaxın qərar vermişdir. Namaz və zəkata əmr etmişdir. Hər kim zəkat verməzsə, namazı qəbul olmaz. Allaha və valideynlərə şükür etməyi əmr etmişdir. Ona görə də hər kim valideyninə təşəkkür etməzsə, Allahın şükürünü yerinə yetirməz. İlahi təqvaya və sileyi-rəhmə əmr etmişdir. Ona görə də hər kim sileyi-rəhm etməz - İlahi təqvaya riayət etməmiş deməkdir”.

Allahın Rəsulu (s) buyurur: “Bütün hazır və qayib olan, kişilərin belində, qadınların rəhmində olan bütün ümmətimə sileyi-rəhmi tövsiyə edirəm, hətta əgər bir illik yol olsa belə. Və bu, İslam dinindəndir”.

Sileyi-rəhmin bərəkətləri:
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əcəlinin təxirə düşməsindən və ruzinin artmasından sevinər, Allahdan çəkinsin və sileyi-rəhm etsin”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O kəsin ki, ömründən üç ildən çox qalmaz, sileyi-rəhm edərsə, Allah ömrünü 33 il edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mənə bir əməli zəmanət edərsə, mən ona dörd əməli zəmanət edərəm. Hər kim sileyi-rəhm edərsə, Allah onu sevər, ruzisini artırar, ömrünü uzadar və onu vədə verdiyi behiştinə daxil edər”.

İmam Baqir (ə) buyurur: “Sileyi-rəhm əməlin pak olmasına və ruzinin artmasına, bəlanın dəf olmasına, hesabın asan olmasına və əcəlin təxirə düşməsinə səbəb olar”.
Həzrət Musa (ə) Allah Təaladan soruşur: “Sileyi-rəhm edənin savabı nədir?”. Allah Təala buyurur: “Əcəlini təxirə salaram, can verməyini onun üçün asan edərəm, behişt mələkləri ona səslənərlər: “Bizə tərəf gəl və hansı qapıdan istəyirsənsə, daxil ol”.

İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm şəhərləri abad və ömürləri uzun edər”.

/Deyerler/

Müəllif: Admin | 2-04-2015, 15:29
Baxılıb: 916
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.