Sileyi-rəhmin sərhədləri hara qədərdir?
Mьəllif: admin1
Tarix: 15-03-2023, 10:34
Sileyi-rəhmin sərhədləri hara qədərdir?
Qohumluq əlaqəsini kəsmək və valideyn haqqına hörmət etməmək insana həm bu dünyada və həm də axirətdə böyük ziyanlar gətirər. Bu ziyanların ən mühümü isə həyanın aradan getməsi və hərislikdir.

İmam Sadiq (ə) buyurur: "Bəziləri elədir ki, əgər həya olmasaydı, ana və ata haqqına, sileyir-rəhmə riayət etməzdilər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hərislikdən çəkinin, çünki keçmişdəkiləri qan tökməyə və qohumluq əlaqəsini kəsməyə qədər çəkmişdir”.

Sileyi-rəhm – İslam dininin ən mühüm sünnətlərindən biridir. Qohumluq əlaqələri və onlara yaxşılıq etmək insanı kamala çatdırar və İlahi qürbə yaxınlaşdırar.

Xüsusilə də valideynə edilən hörmət və ehtiram. Bu, Allaha imandan sonra ən mühüm amil kimi tanıdılmışdır.

Sileyi-rəhm ancaq qohumların evinə getmək demək deyildir. Onların ehtiyacını aradan qaldırmaq və onları sevindirmək - ən gözəl sileyi-rəhmdir.

Hər bir qohuma uyğun sileyi-rəhm edilməlidir. Birinə salam verməklə ki, bundan artığına ehtiyacı yoxdur, birinə maddi yardım etməklə, hətta əgər bir qurtum su il olsa belə, birinin xəstəsini ziyarət etməklə, yas məclisində iştirak etməklə, şad günlərində yada salıb, hədiyyə verməklə və sair...

Həzrət Peyğəmbər (s) buyurur: "Ey qohum sahibləri! Bir-birinizlə görüşün, ancaq qonşu olmayın. Bir-birinizə hədiyyə verin, çünki ziyarət və görüşmək dostluğu möhkəm edər. Qonluşuq, bağların qırılmasına səbəb olar. Hədiyyə insanın xasiyyətini mülayimləşdirər”.

İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm edin, hətta əgər salam verməklə olsa belə. Qohumlarla əlaqə bərqərar edin, hətta əgər bir qurtum su ilə olsa belə. Qohumlarınızla sileyi-rəhm edin və cənazə mərasimlərində hazır olun. Xəstələrini ziyarət edin və onların haqqına riayət edin. Ən üstün qohumluq əlaqəsi odur ki, onlara əziyyət verməkdən çəkinilsin”.

Sileyi-rəhm ancaq imanlı qohumlara aid deyildir. Bəlkə İlahi vəzifə budur ki, hər kəsə şamil olsun. Ona görə də əgər ata və ana və başqa qohumlar mömin olmasalar belə, onlara hörmət edilməsi lazımlıdır. Lakin bu rabitə o yerə caizdir ki, dini əhkama ziyan vurmasın. Əgər bu rabitə dini əhkamı təhlükə altına alarsa, bu rabitəni davam etdirmək caiz deyildir.

Sübhan Allah buyurur ki, biz insana əmr etmişik ki, ata və anasına ehtiram qoysun, onlara təşəkkür etsin. Necə ki, Mənə şükür etməklərini əmr etmişəm. Məbada itaət etməsinlər. Hər kəsin qayıdış yeri Mənə tərəfdir. Əgər valideynlərin elmin olmayan şeyi Mənə şərik qoşmağını istəsələr, onların ardıcılı olma, lakin dünya işlərində onlarla yaxşı ünsiyyət qur.

İmam Sadiq (ə) buyurur: "Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Allahın Rəsulu! Elə qohumlarım vardır ki, mənə zülm etməkdən, qohumluq əlaqəsini kəsməkdən və düşmənçilikdən başqa bir iş görmürlər. Onlarla əlaqəni kəsimmi?”.

Həzrət (s) buyurur: "Bu zaman Allah sizin hamınızı tərk edər”. Soruşdu: "Nə edim?”.

Buyurdu: "O kəs ki, səninlə qohumluq əlaqəsini kəsibsə, onunla rabitəni bərqərar et, səni məhrum edənə əta et və o kəs ki, sənə zülm edib, güzəşt et. Nə zaman belə etsən, Allah onların qarşısında sənin dayağın olar””.

Cəhm ibni Huməyd İmam Sadiqdən (ə) soruşur: "O qohumlar ki, mənim dini əqidəmə müxalifdirlər, mənim üzərimdə haqları vardırmı? Buyurdu: "Bəli, qohumluq haqları vardır ki, heç bir şey onu qət etməz. Əgər səninlə eyni əqidədə olsalar, iki haqları vardır: Qohumluq haqqı və İslam haqqı””.

Hədislərə əsasən, sileyi-rəhmin mərhələləri vardır və belədir:

1. Ata və ana və bu ikisindən ana daha üstündür.

2. Qardaşlar və bacılar.

3. Qan qohumları. (Əmi, xala, dayı, bibi və onların övladları).

4. Sonradan qohum olanlar. (Kürəkən, gəlin, qayın...).

Həzrət Peyğəmbər (s) buyurur: "Beş dənə xurma ilə beş çörək və ya insanın əldə etdiyi beş dirhəm və ya dinarı əgər istifadə etmək istəyərsə, ən dəyərli infaq odur ki, valideyninə infaq etsin.

İkinci - özünə və ailəsinə, üçüncü - yaxın yoxsul qohumlarına. Dördüncü - yoxsul qonşulara, beşincisi - Allah yolunda ki, savab baxımından ən azıdır. Yəni, bütün beş dəstə Allahın əmri və Onun yolunda savaba malik olarlar. Ancaq sədəqənin savabı o dörd işdən daha azdır”.

İmam Hüseyn (ə) buyurur ki, Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "(Qohumluq əlaqəsinə riayət etməkdə) Öz ailəndən başla. Birinci anana, atana, bacına, qardaşına, sonra yaxınların mərhələlərinə riayət edərək. Hər kim sənə daha yaxındır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930