Peyğəmbərimiz (s) kimlər üçün behiştdə 3 evə zamin olmuşdur?
Mьəllif: admin1
Tarix: 9-03-2022, 22:14
Peyğəmbərimiz (s) kimlər üçün behiştdə 3 evə zamin olmuşdur?
Həzrət Peyğəmbər (s) buyurur: "Mən behiştin ətrafında, behiştin ortasında, behiştin yuxarısındakı evlərə zaminəm.

1. O kəs üçün ki, mübahisəni tərk edər, baxmayaraq ki, haqlı olsa belə.4

2. O kəs ki, yalanı tərk edər, baxmayaraq ki, zarafatla olsa belə.

3. O kəsin ki, yaxşı əxlaqı olar.”

Mübahisə və dava etmək qəlbi qara edər. Həzrət Peyğəmbər (s) tövsiyə edir ki, davanı və mübahisəni tərk edək.

Yalan - kəbirə günahlardandır. Hədislərdə oxuyuruq ki, mömin zarafatla da olsa belə, yalan danışmamalıdır. Çünki insan ruhuna və canına mənfi təsir qoyar.

Son olaraq Həzrət (s) xoş əxlaqı tövsiyə edir. Belə ki, hədislərə əsasən, xoş əxlaq qəbir sıxıntısını və əzabını aradan apara bilən amildir.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930