Sədaqət aradan gedərsə, Qiyamətə hazır olmalı
Mьəllif: admin1
Tarix: 20-02-2018, 10:39
Sədaqət aradan gedərsə, Qiyamətə hazır olmalı
Allah sədaqət və düzlük adında bir hədiyyə xəlq etmişdir ki, həyat təhlükəsiz və gözəl olsun. Behiştin qapılarından biri də sədaqət qapısıdır. Dəflərlə o kəslərlə rastlaşırıq ki, bir ailədə yaşamaqlarına baxmayaraq, dəyərsiz dünya mənfəəti üçün bir-birinə fırıldaq gəlir və hiylə işlədirlər. Bir-birinə müxtəlif yalanlar deyirlər. Bu insanlar zahirdə bir cürdür və batində tam başqa cür.

Onların bir-biri ilə rəftarı - kinli düşmənin rəftarına bənzəyir. Onların arasında rəhim və şəfqətdən xəbər yoxdur. Hətta böhran zamanı belə rabitələri elə bir həddə çatar ki, bir-birinin qanını tökməyə hazır olarlar. Bu rəftarların qaynağı sədaqətdən uzaq olmaqdır.

Alimlərin bir çoxu sədaqət haqqında danışıb və əhəmiyyətindən bəhs ediblər.

Allah Təala Quranda buyurur: “Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!”. (“Nisa” 87).

İmam Əli (ə) buyurur: “Nicat və xilas – sədaqət və düz danışmaqdadır”. Yəni, o insanlar ki, mənəvi nicata çatmaq istəyirlər, gərək sədaqət mehvəri ətrafında hərəkət etsinlər.

Allah Təala Quranda sədaqətli olmağa əmr etmişdir. “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)”. (“Tövbə” 119).

Yəni sadiq insanlarla yoldaşlıq edin. Səbir, sadiq olmaqla yaxındır. Hədislər və Quran ayələri həmişə yalançıları məzəmmət edir. “(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!”. (“Nəhl” 105).

Sədaqət o qədər əhəmiyyətli bir mövzudur ki, Məsumların (ə) əxlaqının bariz nümunəsidir. Belə ki, Həzrət Xədicə (s.ə) Peyğəmbərlə (s) sədaqət və əmanətdar olmasına görə ailə qurmuşdu. Cavan cütlər də gərək onlardan örnək götürsünlər.

Ailədə valideyn övladları üçün sədaqət nümunəsi olmalıdır. Uşaqlar həmişə böyükləri təqlid edirlər və bir ailənin dəyəri onun sədaqət səviyyəsi ilə ölçülər.

Bunu da unutmayaq ki, sədaqət hissinin meydana gəlməsində ilk rolu olan insan - anadır. Ona görə də bacardığımız qədər yalan danışmayaq. Ana gərək hamilə qaldığı ilk gündən yalanı tərk etsin. Körpə dünyaya gələn zaman da yalan danışmaq, onun ruh və canına işləyər və təsir qoyar.

Uşaqlar düz danışmağı valideynlərindən öyrənərlər. Həyat yoldaşları arasındakı rabitə yalan üzərində qurularsa, bir-birinə olan etimadı zəiflədər. Onları bir-birinə qarşı bədbin edər.

Beləliklə, deyə bilərik ki, sədaqət insanın bütün həyatına təsir edən amillərdən biridir. Sədaqət insanın danışığında və əməlində büruzə olunar və sonra da ətrafındakılara təsir edər.

Həzrət Peyğəmbər (s) buyurur: “O gün ki, sədaqət aradan gedər, Qiyamətin bərpa olmasına hazır olun”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031