DİNİ ETİQADLARA YİYƏLƏNMƏYİN FAYDALARI
Müəllif: Admin
Tarix: 12-02-2018, 21:25
DİNİ ETİQADLARA YİYƏLƏNMƏYİN FAYDALARI

Dini etiqadlara yiyələnməyin bir çox faydaları vardır ki, onların bə'zisinə işarə edirik:

1-İnsanın istək və arzularının mö'tədilləşməsi:
Şübhəsiz hər bir insanın daxilində bir sıra istək və meyllər (cinsi istəklər, qəzəb və s... bu kimi) vardır ki, onlar orta səviyyədən çıxıb ifrat və ya təfritə varsa insanı azğınlıq, zülm və fəsadlara çəkər.
Lakin həqiqi şəkildə dini e'tiqadlara yiyələnmiş hər bir şəxs, bu cür azğınlıq və rüsvayçılıqdan çox-çox uzaqdır.

2-Əxlaqi sifətlərin möhkəmlənməsi;
Hamının bildiyi kimi əxlaqi səciyyələrə can atmaq hər bir insanın fitrətində əzəldən qoyulmuşdur və heç bir sağlam düşüncəyə malik olan şəxs, doğruluq, yaxşılıq və fədakarlığın pisliyini təsdiq etmir.

Hər bir insan yaxşılıq, fədakarlıq və bu kimi dəyərli işlərə can atır, xəyanət, yalan və s.. bu kimi yaramaz işlərdən boyun qaçırır.
Elə buna görə də din alimləri din və şəriəti əxlaqi səciyyələr üçün ən böyük arxa sayırlar.
Bu isə dini e'tiqadlara yiyələnməyin digər faydası hesab olunur. [1]

3-Çətinliklər və hadisələr qarşısında təmkinli olmaq:
Dini e'tiqadlardan kənar olan şəxs kiçik bir hadisədən bərk narahat olur və bə'zi vaxtlar özünü intihar etməklə həyatına son qoyur.
Bu cür şəxslər həyatda olan müxtəlif çətinliklər qarşısında sarsılır və özlərini itirirlər.
Dini e'tiqadlara yiyələnmiş şəxs isə bu cür hadisə və çətinliklər qarşısında təmkinli olaraq möhkəm dayanır, xoşagəlməz hadisələr qarşısında mətanətlə müqavimət göstərir.

4-Həyatda hədəflə yaşamaq:
Hədəfsiz həyatın nə dərəcədə təhlükəli olmasını bilmək istəsəniz qarşınızda olan hər növ vəzifə və məs'uliyyəti bir saatlığa kənara qoyun. Belə bir halda hər növ fə'aliyyətdən çəkinəcək və əcaib həyat sürəcək, nəticədə isə bu cür yaşayışdan bezib, qorxulu işlərə əl atacaqsınız.
Dini əqidəsi möhkəm olan şəxs isə öz yaşayışını mə'nalı və hədəfli körüb həmişə fə'aliyyət göstərir. Belə şəxslər heç vaxt həyatdan bezib intihara üz gətirmir və puç həyat sürmürlər.

5-Nigarançılıq və iztirabın aradan getməsi:
Adətən insanın ruhi iztirabları iki şeydən yaranır:
Birinci: Keçmişdə baş vermiş xoşagəlməz işlər;
İkinci: Gələcəkdə olacaq hadisələr və xoşagəlməz işlər;
Bir sözlə desək, Allaha iman gətirib dini əqidələri mənimsəmək, insanları hər növ keçmiş və gələcək zamanlarına aid olan ruhi sıxıntı və iztirablardan xilas edir. Qur'ani-kərimdə oxuyuruq:
«Agah olun ki, yalnız Allahı yad etməklə ürəklər rahat olur.»[2]


DİNSİZLİYƏ YÖNƏLMƏNİN AMİLLƏRİ

1-Ruhi amillər:
Məs'uliyyətdən boyun qaçırmaq, rahatlığı sevmək və mütləq şəkildə azad olmaq kimi istəklər dinsizliyə səbəb olan ruhi amillərdən sayılır.
Təbii məsələdir ki, hər növ məs'uliyyət və mükəlləfiyyətdən boyun qaçırıb özünün dəyərsiz və alçaq istəklərin ardınca olan şəxslər, bir sıra məhdudiyyətlərdən üz döndərib onunla mübarizəyə qalxacaq və dindar olmaq əvəzinə Allahı inkar edib dinsizlər cərkəsinə qoşulacaqdır.
Çünki dindar olmaq bir sıra dini hökm və təkliflərə əməl etməyi tələb edir və bu cür hökmlərə əməl etmək öz coşğun ehtiraslarının ardınca olanlar üçün çətin və xoşagəlməz bir işdir.

2-İctimai amillər:
Dinsizliyə tərəf yönəlmənin digər bir amili də bir sıra üzdəniraq ictimayi vəziyyətlərin yaranmasıdır.
Mənfi olan belə bir ictimayi şəraitin canlı nümunəsini 16-cı əsrdə Almaniyalı Martin Luterin rəhbərliyi altında baş vermiş qiyamda müşahidə etmək olar.
«Ronesans»-(yeni doğuluş) adlanan bu dövranda məsihilər kilsə rəhbərlərinin bir çox sahələrdə yaratdıqları nalayiq işləri görüb dindən üz döndərdi və Martin Luterin ideyalarına tabe olub onun qondardığı «Protestant» məzhəbinə üz gətirdilər. Bu isə «məsihi» dininə vurulan ən böyük bir zərbə idi.
Əlbəttə din xadimləri öz boyunlarında olan ağır vəzifənin əhəmiyyətini bilməli və onu ciddi saymalıdırlar.

3-Fikri amillər:
İnsanları dinsizliyə çəkən amillərdən biri də insan zehnində vücuda gəlmiş şübhələr və başqalarından eşitdiyi yalnış əqidələrdir. Qeyd etmək lazımdır ki, bə'zi vaxtlar təbii olaraq insanın qarşısında bir sıra suallar yaranır və o, bu suallara cavab tapmaq üçün mütəxəssis olmayan şəxslərə və yaxud zahirdə ruhani olub həqiqətdə isə heç bir dini təhsilə malik olmayan şəxslərə müraciət edir. Nəticədə öz suallarına doğru, düzgün və məntiqi cavab ala bilməyən şəxs müraciət etdiyi şəxsi deyil, ilahi dini nöqsanlı hesab edir və bununla da öz batinində dinə qarşı ikrah hissi yarandığını duyur.[3]


ÇIXIŞ YOLU
1-Din yolundan uzaqlaşmağa səbəb olan ruhi amilləri aradan qaldırmaq üçün insanın düzgün olan dini tərbiyəyə ehtiyacı vardır.

Qeyd etmək lazımdır ki, bu dünyanın fani olmasına, axirət aləminin isə əbədiyyətinə inanmağın, ateizmə səbəb olan ruhi amillərin aradan qaldırılmasında böyük rolu vardır.

2-Dini azğınlıqda mühüm rol oynayan ictimayi amilləri aradan qaldırmaq üçün hər bir dövrə xarakterik olan ictimayi şəraitləri lazımınca araşdırmalı, din ilə müsəlmanlar arasında fərq qoymalı, savadsız və mürtəç şəxslərin nalayiq işlərini dinə deyil, yalnız onların özlərinə aid etmək lazımdır.

3-Amma fikri amillərdən yaxa qurtarmaq üçün son dərəcə diqqətli olmaq lazımdır. Öz dini suallarımızı, xüsusilə e'tiqadi şubhələrimizi təsadüfi şəxslər və yalnız zahirdə ruhani libasına bürünmüş din xadimlərindən soruşmamalıyıq.

Yadda saxlamaq lazımdır ki, insan üçün qorxulu xəstəlik ehtimalı verildikdə daha yaxşı mütəxəssis və təcrübəli həkimə müraciət etdiyi kimi, e'tiqadını sual altında qoyan şübhələrini aradan qaldırmaqda da ən savadlı və mötəbər din xadimlərinə müraciət etməlidir.

DİNİ ƏQİDƏLƏR VƏ YA ÜSULİDDİN
Dini e'tiqadlara aid olan müxtəlif mövzular barədə qısa söhbətlərdən sonra üç hissədən təşkil olunmuş müqəddəs İslam tə'limlərinin birinci hissəsi haqda izaha başlayırıq.

Bildiyiniz kimi, İslam tə'limləri üç hissədən (e'tiqadlar, əməllər və əxlaqdan) ibarətdir.

Burada İslam e'tiqadları haqqqında söhbət açacaq və beş hissədən ibarət olan bu bəhsdə onların hər biri haqda lazımlı mətləbləri qeyd edəcəyik.

İslam dinin əsası bu beş əqidə üzərində möhkəmləndiyi üçün alimlərimiz ona «Üsuliddin» adını vermişlər. Üsuliddin sözünün mə'nası «dinin kökü və əsasları» deməkdir. Əgər müqəddəs İslam dinini bir ağaca bənzətsək, köksüz ağacın heç bir faydası olmadığı kimi, əqidəsiz dinin də heç bir əhəmiyyətə malik olmadığını aydın şəkildə təsəvvür edə bilərik.

Belə olan halda heç bir əməl və əxlaqın da dəyəri olmayacaqdır.

Qeyd etmək lazımdır ki, müqəddəs İslam dininin əməl (füruiddin) və əxlaq sahələrinin əksinə olaraq, əqidəvi məsələlərdə digər şəxslərdən təqlid etməyimizə icazə verilmir. İslam dininin qəti göstərişlərinə əsasən, hər bir müsəlman öz dini əqidələrini əldə etmək üçün ciddi surətdə çalışmalı, dəlil və sübutla onlara yiyələnməlidir.

---------------------------------------------------------
[1] İlahiyyat səh., 17-18, Usuli əqayid, (Möhsün Qiraəti), səh.22

[2] «Rə'd» surəsi, ayə.28

[3] Əqaid (Misbah), 1-ci çild, səh.120-123, Üsuli Əqaid (Möhsün Qiraəti) səh.39-40


Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728