Mömin Allahından hər bir halda razı olar.
Müəllif: admin1
Tarix: 23-03-2015, 22:02
Mömin Allahından hər bir halda razı olar.

İmam Əli (ə) həqiqi möminlərin nişanələrini bizlərə tanıtmış və buyurmuşdur:
1.“Mömin Pərvərdigarından hər bir halda razıdır”.
Həqiqi mömin o kəsdir ki, heç bir zaman Allaha şikayət etməz. Allaha şükür etməyi heç bir zaman unutmaz. Gələn bəlanın da Allahın iradəsilə olduğunu bilir və səbir edər. İmam Hüseyn (ə) Aşura günü böyük bir bəlaya düçar olmasına baxmayaraq buyurur: “Pərvərdigara! Mən Sənin təqdirinə razıyam və əmrinə təsliməm”.

2. “Möminin yol getməyi təvazökarcasınadır”.
Mömin nə təkəbbür edər və nə də zillətə boyun əyər. Mömin həm həyat yolunda, həm də yol gedən zaman təvazökar olar. Mömin Allaha itaət edən zaman da təvazökar olar. Bu təvazökarlıq nəinki zahiridir, həm də batinidir. İmam Əli (ə) buyurur: “O kəs ki, Allah Təala üçün təvazökar olar, bütün varlıqlar qarşısında təvazökar olar”.

3. “Mömin öz iqtisadına uyğun geyinər”.
Əgər bu hədisin zahirinə nəzər salsaq, insanlar geyimlərinə görə üç dəstəyə bölünürlər: o kəslər ki, geyimdə israf edirlər. O kəslər ki, mötədil və orta geyinərlər. O kəslər ki, israfdan uzaq olmaq üçün təfrit edərlər. Hədislərin birində oxuyuruq: “Allah Təala sevir ki, nemətinin zühurunu bəndələrinin zahirində müşahidə etsin”. İslam dini hər bir şeydə mötədilliyi sevdiyi kimi geyimdə də mötədil olmağı sevir.
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey insanın nicatına səbəb olar: Allahdan qorxmaq, yoxsulluqda və ya zənginlikdə mötədil olmaq, riza və ya qəzəb halında mötədil olmaq”.

3. “Dostluq möminin həsədini örtər”.
Həsədin kökü düşmənçilikdir və əgər insan bu düşmənçiliyi dostluğa çevirə bilsə, həsədindən xilas ola bilər. Möminin başqalarına qarşı dostluğu o qədər güclü olar ki, həsədi aradan aparar. Sevgi - çox dəyərli amildir. Əxlaq alimlərinin nəzərinə görə, hər cür rəzil sifətdən xilas olmağın yolu - İlahi Övliyalara eşq bəsləməkdir.

4. “Qane olmaq zənginlik gətirər”.
Zənginlik iki cür olar: malla olan zənginlik, maldan olan zənginlik. Həmçinin zənginlik zahiri və batini olar. Zahiri zənginlik batini zənginliklə bir yerdə olmaz. O qədər yoxsul insanlar vardır ki, batinləri bir çox sərvət sahiblərindən daha zəngindir. O kəs ki, zahiri sərvət dalınca olar, batini yoxsulluqdan əziyyət çəkər. İmam Sadiq (ə) buyurur: “O kəs ki, Allahın ruzisinə qane olar, ehtiyacsız insanlardan olar”.
Həqiqi zənginlik ruhun zənginliyidir. Ona görə də o kəs ki, qane olar, həqiqi zəngin olar. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930