Peyğəmbərə (s) hörmətsizliyin aqibəti
Müəllif: admin1
Tarix: 13-11-2021, 10:51
Peyğəmbərə (s) hörmətsizliyin aqibəti

Peyğəmbərlə (s) get-gəl etməsinə baxmayaraq, Əqəbə ibn Əbi Muit hələ də müsəlmanlığı qəbul etməmişdi. Günlərin birində o, Peyğəmbəri (s) qonaq çağırır.

Bunu eşidən Peyğəmbər (s) buyurur: "Qonaqlığa gələrəm, amma yeməyi bir şərtlə yeyərəm ki, sən müsəlmanlığı qəbul edəsən.”

Əqəbə Peyğəmbərin (s) bu şərtilə razılaşır. Əqəbənin dostları bu işdən xəbər tutanda ona öz etirazlarını bildirirlər.

O–"Məhəmməd (s) mənimlə yemək yesin deyə şəhadəteyni demişəm”– deyə onları razı salmağa çalışır.

Dostları Əqəbəyə dedilər: "Əgər bizimlə dostluq etmək istəyirsənsə, gərək ağzının suyunu Peyğəmbərin (s) üzünə atasan.”

O, öz nadan dostlarının bu axmaq fikrilə razılaşıb bu işi icra etmək istəyəndə, tüpürcək geri qayıdıb onun üzünə tökülür. Onun hər iki yanağını elə yandırır ki, ölənəcən izi getmir.("Tərcümei-əlğədir”, c. 16, səh. 66.)

Peyğəmbərə hörmətsizliyin aqibəti (2)

Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi. "Nəcm” surəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:
"Mən bu surəni qəbul etmir və ona inanmıram.”

O, Peyğəmbərin (s) Meracından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: "Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”

Çox keçmədən Ütbə ticarət karvanıyla "Şam” şəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:

"Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”

"Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Məhəmməddən (s) doğru danışan başqa birinin üzərinə kölgə salmamışdır.”

Şir onu tapmasın deyə səfər yoldaşları öz yüklərini onun ətrafına toplayırlar. Buna baxmayaraq şir yüklərin üstünə çıxıb pəncəsiylə onları dağıtmağa başlayır.

Amma şirin əlinə keçmədən Ütbənin ürəyi partlayıb elə oradaca ölmüşdü.("Tərcümei şərhi-təcrid”, (Ağai Şüərani) səh. 498.)

Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031