Novruz bayramı – yaxşı işlər görmək fürsəti
Mьəllif: admin1
Tarix: 20-03-2015, 16:37
Novruz bayramı – yaxşı işlər görmək fürsəti


Novruz bayramı sileyi-rəhmin artması üçün yaxşı fürsətdir. İnsanlar baharın gəlməsi və təbiətin dirçəlməsi ilə özlərində şadlıq və sevinc hiss edərlər. İnsan bu sevincini qohumları ilə bölüşmək istəyər. Bu sileyi-rəhmlərin çoxlu faydaları vardır. (Tebyan)
O cümlədən:
1. Bu sileyi-rəhmlərdə yaxşı olar ki, zəngin qohumlar yoxsul qohumlarının əlindən tutsunlar. Bu yardım Quranda da bəyan edilmişdir.“(Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).
“Vay olsun müşriklərə! O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar”. (“Fussilət” 6-7).

«Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik”. (“Muddəssir” 43-44).

“Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır”. (“Hucurat” 15).

2. Əgər qohumlar arasında kin varsa, küsülülük varsa onları barışdırmaq. Cəmiyyətin möhkəm olması üçün ailə bağlarının möhkəm olması zəruridir. Allah Quranda dəfərlərlə mehriban olmağa və dost olmağa dəvət etmişdir. “Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin”. (“Ənfal” 1).

“Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (“Hucurat” 10).

İmam Əli (ə) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) yazdığı vəsiyyətdə buyurur: “Cəddinizdən eşitmişdim ki, buyurub: “İnsanların arasını islah etmək hər bir (müstəhəb) namaz və orucdan daha üstün və dəyərlidir””.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, aranı düzəldər, hər nə desə yalançı hesab olmaz”.

İmam Əli (ə) buyurur: “Əgər iki nəfərin arasını düzəltmək üçün vasitəçilik etsəm, mənim nəzərimdə iki dinar sədəqə verməkdən daha yaxşıdır”.

3. Əgər yeniyetmə qohumlardan biri dərsində zəifdirsə, ona yardım etmək.
4. Əgər qohumlardan birinin borcu varsa - ona nicat vermək. Borc verən şəxs gərək qarşı tərəfə görə insafa riayət etsin. Heç kəsin haqqı yoxdur ki, borcu qarşılığında insanın evini və ya vəsaitlərini müsadirə etsin. Bəlkə qarşı tərəfə füsrət versə, daha yaxşı olar. Quran hətta deyir ki, əgər borcu bağışlasan, sənin üçün faydalı olar. Bu rəftar kini məhəbbətə çevirər. İnsanlar arasında səmimiyyəti artırar.
5. Əgər məclislərdə günah üçün zəminə yaransa, onu aradan qaldırmaq.
6. Əgər qohumlardan birinin sualı yaransa, ona cavab vermək. Əgər cavabı bilməsən, alimlərdən soruşub, ona demək.
7. Əgər qohumlarınızın arasında şəhid ailəsi varsa, ilk onun görüşünə getmək.
8. Subay qohumların evlənməsi üçün səy göstərmək. İmam Sadiq (ə) buyurur: “Hər kim subayın evlənməsinə zəminə yaradar – o kəslərdəndir ki, Allah Qiyamət günü ona (lütflə) nəzər salar”.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930