Məhrəm et onun qəminə (Şeir)
Mьəllif: admin1
Tarix: 13-03-2015, 14:57
Məhrəm et onun qəminə (Şeir)

Salmısan aşiqini həsrətü-firqət qəminə,

Yoxsa ki, aşiqə hardandı ləyaqət qəminə?!
Qəm nədir, heç qəməbənzər də deyil çəkdiyimiz,

Aşiqin eyni gələr haləti əlbət qəminə.



Xoş o qəlbin halına – qüssəsi səndən törənir,

Tanrı versin o kəsin min kərə şiddət qəminə.



Çün sənin həsrətin üstündür ibadətlər ara,

Kimsə tay eyləməsin hər yetən afət qəminə.



Dərk qılsam qəmini, sonra da tab eyləməsəm,

Əfv elə, etsəm, əgər, dildə şikayət qəminə.



Sən ey aşiq, çək o Yarın qəmini, qüssəsini,

Qəlb onun hüzn-evidir, yoxsa nə hacət qəminə?



Gər könül qərqi-müsibət diləsə, yoxla əzəl,

Sal onu sevgili Yarın qısa müddət qəminə.



Sonra od vur, o könül mülkünü atəşlərə yax,

Mübtəla dərdü-bəla et acı həsrət qəminə.



Aşiqə hər yeni gün bir yeni qəm üz gətirər,

Bəxş edər Məşuq onun gündə təravət qəminə.



Rəbbəna, hər nə qədər keçdi ömür, oldu hədər,

Lütf qıl, məhrəm elə bizləri Höccət qəminə!
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031