Narazı olan zaman ölümü xatırla!
Mьəllif: admin1
Tarix: 2-05-2023, 14:35
Narazı olan zaman ölümü xatırla!
Bu müasir həyatda sevincdən çox, qəm bizləri əhatə edir. Ona görə də bir çoxları bu qəmdən uzaq olmağın müxtəlif yollarını tövsiyə edirlər. Bu tövsiyələrin bir çoxu qısa müddətlidir, tez bir zamanda ardında qəmin izlərini qoyar.

Başqa bir tərəfdən İlahi din ardıcılları bu fikirdədir ki, ancaq din insan üçün kamil həyat proqramı təqdim edə bilər. Bu proqram insanın bütün ehtiyaclarını aradan qaldırmağa qadirdir.

İnsana dünya və axirət səadəti gətirər. Xüsusilə də İslam dininin insanlar üçün nəzərdə tutduğu həyat proqramı Quranda bəyan olunmuşdur.

İslam dininin nəzərinə görə rahatlıq və hüzur əldə oluna bilən bir şeydir. Dinimiz bunun yollarını bizlərə nişan vermişdir.

Dinin göstərişlərinə əməl edən böyüklərimiz və İmamlarımız (ə) sözün həqiqi mənasında daxili hüzura çatan insanlardırlar.

İmam Əli (ə) İbni Abbasa yazdığı məktubda buyurur: “Sənin sevincin onun üçün olsun ki, axirətdə sənin üçün faydalıdır. Qəmin isə axirətdə nəyisə əldən verdiyin üçün olsun. O şeyi ki, dünyada əldən verirsən – təəssüflənmə. Hümmətini ölümdən sonrakı dünya üçün et”.

O kəsin ki, belə bir baxışı olar, ixtiyarında olan nemətləri axirət üçün xərcləyər. Onun üçün sevinər və ya qəmgin olar. Tez ötən və fani şeylər üçün qəmgin olmaz.

Bu cür insan həyatı puç hesab etməz, bəlkə onu axirətə çatmaq üçün bir körpü kimi görər. Həyatının hər anından Allah rizasını qazanmaq üçün istifadə edər.

İmam Əlinin (ə) buyurduğu kimi, hər kim ölümdən ibrət alarsa, yaxşı işlər görər. Tövbə edib, Allaha tərəf qayıdar. Təbiidir ki, bu cür insan başqaları ilə müqayisədə daha şad olar.

İmam Əli (ə) Salman Farsiyə yazdığı məktubda buyurur: “Dünya qəmini başından at, çünki onun hallarının dəyişməsinə və ayrılığına yəqinliyin vardır”.

İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “O zaman ki, çətinliklər sona çatar, rahatlıq yaranar. Bu zaman bəla halqası daralar, hüzur gəlib çatar”.

Təbiidir ki, bu cür baxışa malik olan insan başqalarından daha şad və sevinclidir.

O kəsin ki, imanı vardır, dünyanın acı hadisələrinə səbir edər və dözər. Ona görə də axirət savabına malik olar. Lakin o kəs ki, dünyanın haram ləzzətlərinə qərq olar, axirətdə İlahi əzabla cəzalandırılar. Dindar insanların daha çox nikbin olmasının səbəbi budur ki, onlar mənfi hadisələri müsbət şəkildə təfsir edirlər.

İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Gəlməyən günün qəmini bu gününə əlavə etmə. Çünki əgər gəlməyən gün ömründən olarsa, Allah ruzini çatdıracaqdır”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Hər kim Allahın ruzisinə razı olar, əlindən gedənə qəmgin olmaz”.

Əgər insan inansa ki, onun ruzisini Allah yetirir, heç bir zaman ruzisinə görə qəm yeməz. Bu insan başqa insanlardan daha şad və sevincli olar.

İmam Əli (ə) dünyapərəstlərə buyurur: “Hər kim haram dünyaya eşq bəsləyər, batini qəmlə dolu olar. Dünyadan əl çəkmək ona inanmaqdan daha ləzzətlidir”.

İmam Əli (ə) buyurur ki, sizi qəmgin edən amil odur ki, dünyaya çox bağlanmısınız. Hər kim dünyaya bağlanar, daima həsrət içində olar. Dünyada əldə etmədiklərinin həsrətini çəkər.

Ya da nəyisə əldən verməyin nigarançılığı ilə yaşayar. Aydındır ki, bu cür insan şad ola bilməz. Lakin o kəs ki, dünya sevgisini ürəyindən çıxardar, əlində olanlardan ləzzət almağı bacarar. Eyni zamanda ona ürək bağlamaz.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930