Yuxunun rahatlığına təsir edən müstəhəb əməllər
Müəllif: Admin
Tarix: 6-03-2015, 10:24
Yuxunun rahatlığına təsir edən müstəhəb əməllər


İnsanın rahatlanmasında mühüm rola malik olan amillərdən biri – yuxudur. Xüsusilə də gecə yuxusu. Bəlkə də eşitmisiniz ki, gecə yuxusunun yerini heç nə ala bilməz. Bəs bu yuxu nədir ki, bu qədər rola malikdir? (Tebyan)

“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”. (“Zumər” 42).

Bəli, bu ayə bizlərə yuxunun həqiqətini açmağa çalışır və bəzi ruhların yuxuda alınmasına işarə edir. Hər kim yuxu haqqında düşünsə, Allahın qüdrət və hikmətini dərk edər. Allahın iradəsi qarşısında nə qədər zəif olduğunu dərk edər.

Həzrət Zəhra (s.ə) buyurur: “Yatmaq üçün yatağımı sərən zaman Peyğəmbər (s) gəldi. Buyurdu: “Ya Fatimə! Bu dörd işi görməmiş yatma: Quranı xətm et, peyğəmbərləri (ə) şəfaətçin qərar ver, möminləri özündən razı et, həcc və ümrəni yerinə yetir”. Bunu deyir və namaz qılmağa başlayır. Xanım (s.ə) səbir edir və atasının namazı bitirməsini gözləyir. Deyir: “Ya Rəsulallah! Mənə dörd şeyi əmr etdin, halbuki onlara qadir deyiləm”. Həzrət Rəsuli-Əkrəm (s) gülümsəyib buyurdu: ““Tövhid” (“İxlas”) surəsini üç dəfə oxusan, Quranı xətm etmiş kimi olarsan. Mənə və məndən əvvəlki peyğəmbərlərə salavat göndərərsən, Qiyamət günü sənin şəfaətçin olarıq. Möminlər üçün istiğfar edərsən, onların hamısı səndən razı olarlar. Təsbihati-ərbəəni desən, həcc və ümrəni yerinə yetirmiş olarsan”.

Müstəhəb əməllər çoxdur. Yuxudan əvvəl yerinə yetirilən hər bir dua faydalıdır. Çünki Allahın adı ürəklərə rahatlıq bəxş edər. Əgər yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxusanız, “Aşura” ziyarətini zümzümə etsəniz, daha rahat yatarsınız. Hər bir halda yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllər yuxunun rahat olmasına təsir qoyar. Salavatdan qafil olmayın ki, bütün çətinliklərin açarıdır. “Fərəc” duasını zümzümə edin, yataqda gün ərzində etdiklərinizi yadınıza salın.

Əgər səhviniz varsa, aradan qaldırmağa çalışın, bunu düşünün ki, artıq onu təkrar etməyəcəksiniz. Özünüzü Mənnan Allaha tapşırıb, başınızı yastığa qoyun və deyin: “Allahım, məni bir an belə özbaşına buraxma”.

Yatan zaman edilən dualar:

- Üç dəfə “təsbihati-ərbəə”ni demək.

- Üç dəfə “Tövhid” (“İxlas”) surəsini demək.

- 14 Məsuma 14 salavat göndərmək.

- Bütün möminlər üçün istiğfar etmək.

- Həzrət Zəhranın (s.ə) təsbihatını etmək.

- Ayətül-kürsü, “Fələq”, “Nas”, “Kafirun” surələrini oxumaq.

- Bu duanı oxumaq ki, 1000 namaz qılmağa bərabərdir.

یَفْعَلُ اللهُ ما یشاءُ بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ.



/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930