Allaha gözəl borc vermək
Mьəllif: admin1
Tarix: 15-04-2019, 10:22
Allaha gözəl borc vermək

İnsanın ali mənəvi dərəcəyə çatmasının şərtləri vardır. Onlardan biri malından infaq etmək və sədəqə verməkdir. Yəni, insanın Allaha olan əlaqəsi o qədər çox olar ki, malından Allah yolunda infaq edər.

İslam dini başqalarına borc verməyi Allaha borc vermək kimi dəyərləndirir. Onun üçün çox sayda savab verir.

“Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

Borcun bəzi şərtləri vardır:

1. Halal maldan olmalıdır.

2. Sağlam olmalıdır.

3. İstifadə üçün zəruri olmalıdır.

4. Minnətsiz olmalıdır.

5. Riyasız olmalıdır.

6. Gizli olmalıdır.

7. Eşqlə verilməlidir.

8. Tez verilməlidir.

9. Borc verən Allaha şükür etməlidir.

10. Abır-həya qorunmalıdır.

Allah Təala sədəqə haqqında buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (Ali-İmran” 92).

“Məcməyul bəyan” kitabının müəllifi yazır ki, bu ayə nazil olan zaman Peyğəmbərin (s) tərəfdaşlarından biri olan Əbu Təlhə Ənsarinin Mədinədə gözəl bir bağı var idi.

Bu bağı qohumlarının arasında böldü və Həzrət Peyğəmbər (s) onun haqqında buyurdu: “Afərin olsun, sənə, bu o sərvətdir ki, sənə faydalı ola bilər”.

Sədəqə gərək halal maldan verilmiş olsun. Allah buyurur: “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267).

İmam Sadiqdən (ə) nəql edirlər ki, bu ayə cahiliyyət dövründə mal toplamış insanlara aid nazil olmuşdur. Onlar həmin maldan Allah yolunda infaq edirdilər. Allah bu işi onlara qadağan etdi və əmr etdi ki, halal maldan infaq etsinlər.

İmam Baqir (ə) buyurur: “Haram maldan olan zəkat, sədəqə, həcc və ümrə qəbul olmur”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930