“Mükafatını İmam Hüseyn (ə) versin” nə üçün deyilir?
Mьəllif: admin1
Tarix: 5-02-2018, 12:26
[center]“Mükafatını İmam Hüseyn (ə) versin” nə üçün deyilir?
Niyə bir kəs bir iş görən zaman, ona deyirlər ki, əcrini, əvəzini, mükafatını İmam Hüseyn (ə) versin? Məgər İmam Hüseyn (ə) də başqa bəşər kimi deyildirmi? Niyə yaxşı işlərin əcrini İmam (ə) verir, qalanlarını isə Allah?

Bu məsələnin kökü rabitəyə qayıdır. Belə ki, insanlarla insanların və insanlarla Allahın rabitəsi belədir. Hər bir rabitə halqavari olaraq bir-birindən asılıdır. Bir uşaqdan su istəyirsən, anasına deyir və o, da su kranını açır və su götürür, su kranına isə su, su borusundan gəlir və o, da ümumi su borusuna birləşir. Məgər kimsə deyə bilər ki, mən heç kəsdən su istəmirəm, mənə suyu Allah verir?!

Allah heç bir feyzi rabitəsiz yaratmamışdır. Allah Təala bu dünyada olan bütün vasitələri rabitə qurmaq üçün qərar vermişdir. Onların bəzisini Quranda bizlərə tanıtmışdır. Biz bu vasitələrin yardımı ilə İlahi feyzdən bəhrələnir və Allahla rabitə qururuq. Hətta İlahi əzab belə vasitənin yardımı ilə həyata keçir. Tufan, sel, zəlzələ...

Hər bir əcr və savabı verən Allahdır. Ondan qeyrisi hamısı möhtac və ehtiyac sahibidir. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”.(“Fatir” 15).

Allah Təala bəzi insanlara Öz lütf və kəramətini nəsib etmişdir. Onları xüsusi elm və qüdrətlə təhciz etmişdir. Bu üstün insanların vasitəsilə qalan insanlara Öz feyzini nazil etmişdir ki, onları bəhrələndirə bilsin.

Quran ayələri və hədislərə görə Peyğəmbər (s) öz risalətinə görə ümmətindən əvəz olaraq, Əhli-beytinə (ə) sevgi bəsləməyi istəmişdir.“Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).

Bizim Əlhi-beyt (ə) üçün saxladığımız əzadarlıq da həmin sevginin bir cilvəsidir. Ona görə də deyilən zaman ki, əcrini İmam Hüseyn (ə) versin, düzgün cümlədir. Çünki İmam Hüseyn (ə) və başqa İmamlar (ə) Allahın yer üzərindəki xəlifələridir.

“Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi(canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (“Bəqərə” 30).

Əhli-beyt (ə) – üstün və kamil insanlardır. Heç kəsdən geri qalmamış və heç kəsə borclu deyildirlər. Hər bir salama cavab veriblər. Hər görüşün haqqını veriblər və onlar çox dua edənlərdirlər. Onlar üçün edilən hər bir işə görə əcr verirlər. Lakin Allahın izni ilə. O şeyi ki, Allah onlara verir, Öz izni ilə verir.

Ona görə də deyilən zaman ki, İmam Hüseyn (ə) sənin əcrini versin, çox gözəl bir dua edilmiş olur. Əgər hədislərə və Quran ayələrinə nəzər salsaq, görərik ki, Allah onların sevgisini Öz sevgisi, onların dostluğunu Öz dostluğu adlandırmışdır. Onların qəzəbini də Öz qəzəbi qərar vermişdir. Ona görə də o neməti ki, Allah onlara əta etmişdir, onlar da başqa feyz sahiblərinə əta edirlər.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031