Ağıllı insan sirrini tanımadığı kəslərə verməz
Mьəllif: admin1
Tarix: 26-11-2021, 21:48
Ağıllı insan sirrini tanımadığı kəslərə verməz
Müsəlmanların bir-biri ilə dostluq meyarları iman üzərində olmalıdır. Fitnəkar düşmənlə dost olmaq isə ağılsızlığın nişanəsidir.

“Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər.

Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, Biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik”. (“Ali-İmran” 118).

Quran buyurur ki, özgələrə öz sirrinizi verməyin. Kafirlərin sizinlə dost olmağa ləyaqəti yoxdur. Ona görə də onları sirdaş etmək olmaz. Çünki onlar bu zaman həmin sirdən istifadə edərək, müsəlmanlara zərbə vura bilər.

Onların sizinlə dostluq etmək istəməsinin əsl səbəbi odur ki, sizə əziyyət versinlər və zəhmətə salsınlar. Onlar öz sirlərini ifşa etməmək üçün hər sözlərinə və rəftarlarına diqqət edərlər.

Sizinlə ehtiyatla söhbət edərlər. Buna baxmayaraq, düşmən olduqları sözlərinin axımından bəlli olar. Bəzən özləri də bilmədən elə sözlər işlədərlər ki, gizli olan niyyətlərindən xəbər verər.

Əmirəl-möminin (ə) buyurur: “Heç kəs batinində sirr gizlətməz, məgər simasının rəngindən, dağınıq və diqqətsiz sözlərindən aşkar olar”.

Allah Təala yuxarıdakı ayədə düşmənlərin batinindən xəbər vermiş və buyurmuşdur: “Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür”.

Sonra buyurur ki, Biz bu ayəni ona görə bəyan edirik ki, dost seçən zaman dostunuzu düşməninizdən ayıra biləsiniz.
Bəs düşmənlər bizə nəyi arzu edirlər?

“Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər”. (“Nisa” 102).

“Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən, onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər”. (“Qələm” 9).

“Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər”. (“Bəqərə” 109).

Beləliklə, deyə bilərik ki, əcnəbilərə sirr vermək olmaz. Sirr saxlamaq hər bir müsəlmanın vəzifəsidir. Amma hər müsəlmana da sirr vermək olmaz. Çünki onların da arasında fitnə ardınca olanlar az deyildir. Müsəlmanların dostluq meyarı – iman və təqva olmalıdır.

Hər bir müsəlman düşmənini tanımalı və ayıq olmalıdır. Çünki onlar hər an fitnə yaratmaqdan əl çəkməzlər. Düşmənlərinizi onların təbliğatı ilə tanıyın. Allah hər kəsin batinindən agahdır. İslam düşmənləri münafiq olduqları üçün zahirləri ilə batinləri fərqlənir. Allah onların batinini bizə tanıdaraq agah edir.

Mömin olmaq - bir məsələdir, ayıq olmaq - başqa məsələ. Ona görə də Allah Təala buyurur ki, ey mömin, öz sirrini əcnəbiyə və tanımadığın insana vermə. Əgər ağılın varsa. Hər kim ki, bunun əksini edər, deməli ağılsız hərəkət etmişdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031