İlahi sünnət dəyişməzdir, amma haşiyələrdə dəyişiklik mümkündür
Mьəllif: admin1
Tarix: 16-05-2021, 11:01
İlahi sünnət dəyişməzdir, amma haşiyələrdə dəyişiklik mümkündür
İlahi sünnətin həyata keçməsi qətidir. “Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər”. (“Əraf” 34).

Əgər tarixə nəzər salsaq görərik ki, bəzən millətlər etdikləri günaha görə əzaba layiq görülmüşdülər. Lakin bu əzab onlara nazil olmamışdır. Hansısa əmələ görə əzab onlardan uzaqlaşmışdır.

Hətta günahdan sonra onlara hətta nemət də nazil olmuşdur. Lakin bu məsələ İlahi sünnətin təxirə düşməsi demək deyildir, sadəcə bu zaman maneələr mövcuddur ki, həmin hadisənin həyata keçməsinə imkan verməmişdi.

Lakin bəzən görürük ki, tövbə və əfv istəmək belə nəticə vermir. Çünki bu tövbə iman və ixtiyar üzündən olmamışdır. Bəlkə günahkar əzabı görən zaman qorxduğu üçün iman gətirmişdir. Belə bir iman və peşmançılığın faydası yoxdur.

Quran buyurur: “Və zülm edənlər(Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir”. (“Nəhl” 85).

Bəzən də görürük ki, günahın ardınca əzab nazil olur, lakin nemətin nazil olması şəklində. Bu da istidrac sünnətindəndir. Yəni, əzab, nemət şəklində nazil olar.

İlahi sünnət - sabit olan bir məsələdir. Sünnətin tərifində deyildiyi kimi, anidən olan hadisə İlahi sünnət sayılmır, bəlkə İlahi sünnət odur ki, davamlı baş versin. Necə ki, Quran zülm və ya günah üzündən baş verən əzabların təkrar olmasını bəyan edir.

Belə ki, buyurur: “(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan”. (“Əhzab” 62).

Bütün İlahi nemətlər maddi və mənəvi nemətlərdən tutmuş dünya və axirət nemətlərinə qədər o zaman həyata keçir ki, bütün şəraitləri hazır olar. Onun həyata keməsi üçün heç bir maneə olmaz. Əgər İlahi sünnətin bütün şəraiti hazır olarsa, onun təxirə düşməsi qeyri-mümkündür.

Belə ki, Quranda oxuyuruq: “Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər”. (“Nəhl” 61).

Zülm və günah istər fərdi şəkildə və istərsə də cəm halında millətlərin və mədəniyyətlərin məhv olmasına səbəb olar. Lakin bu əzab o zaman nazil olur ki, onların məhv olmasının zamanı gəlib çatmış olar.

Quranın buyurduğu kimi hər bir insanın və hər bir millətin var olmasının müəyyən müddəti vardır. O zaman ki, bu müddət gəlib çatar, artıq onun qarşısını heç bir şey ala bilməz.

Əgər İlahi sünnətin həyata keçməsində dəyişiklik baş verirsə, bu şəraitlərdə olan dəyişikliyə görədir. Lakin İlahi sünnətin özü dəyişməzdir. Sadəcə şəraitləri dəyişəndir.

Misal üçün əgər ölü insan möcüzə şəklində dirilərsə, xüsusi qanuna və hesaba görə olmuşdur. Əgər İsa ibni Məryəm (ə) atasız dünyaya gəlibsə, bu məsələ İlahi sünnətin əleyhinə olan bir şey deyildir. Sünnətin haşiyəsini dəyişmişdir, nəinki sünnətin özünü.

Beləliklə deyə bilərik ki, İlahi sünnət sabit və qəti bir qanundur ki, mütləq həyata keçər. Burada istisna yoxdur, dəyişməzdir. İmam Zaman ağanın (ə.f) zühur etməsi də İlahi sünnətdir və bu hadisə mütləq baş verəcəkdir.

/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031