İnsanları bağışlamağın gətirdiyi 4 bərəkət
Müəllif: Admin
Tarix: 21-01-2015, 22:02
İnsanları bağışlamağın gətirdiyi 4 bərəkət


Quran və hədislərdə ən çox əhəmiyyətə malik olan mövzulardan biri də başqalarını bağışlamaq və əfv etməkdir. Qurani-Kərim əfv etmək haqqında buyurur: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi)yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

Əgər Allahın bizi bağışlamasını istəyiriksə, gərək biz də bağışlamağı bacaraq. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).

1. Mənəvi və əxlaqi inkişafa səbəb olar.
Bizimlə başqaları arasında yaranan hər bir narazılıq və xoşagəlməz münasibət bizi əxlaqi baxımdan islah edər. Hisslərimizə nəzarət edərək, bəzən həmin insanı bağışlamaq mərhələsinə qədər inkişaf edə bilirik. İmam Əli (ə) buyurur: “Nə zaman qüdrətin olsa, güzəşt et və əlin boş olan zaman bağışlayan, ehtiyacın olan zaman fədakar ol ki, fəzlin kamala çatsın”.
Allah bu dünyanı elə yaratmışdır ki, bu cür təzadlar yaransın və insan da bu yolla inkişaf etsin. Bəziləri bağışlayıb yuxarı qalxsınlar və bəziləri isə intiqam alaraq əvvəl olduqlarından da kiçilsinlər. Bu yolla bəziləri böyüyər və bəziləri isə alçalar. İnsan öz üzərində işləyəndə, onun şəxsiyyəti böyüyər və formalaşar və İlahi işlər görmək üçün daha çox tutuma malik olar. Həzrət Peyğəmbərimiz (s) kimi.

2. İşləri islah olar.
Tarixi mütaliə edən zaman bir çox müharibələr haqqında oxuyuruq ki, minlərlə insan aylarla bir-biri ilə vuruşarlar. Minlərlə insan öldürülər. Çox sayda uşaq bu müharibələrdə yetim qalar, çox sayda qadın dul qalardı. Bu döyüşlərin yaranmasını tədqiq edən zaman görürük ki, iki nəfərin arasında olan sadə anlaşılmamazlıqlardan başlamış və get-gedə böyük bir münaqişəyə çevrilmişdir. Çox təəssüf ki, bu gün də bu cür hallara rast gəlmək olur. Halbuki, əgər tərəflərdən biri o biri tərəfə güzəşt etsəydi, böyük bir müharibənin baş verməsi üçün zəminə yaranmazdı. Güzəşt çox halda zülm və çirkinliklərin qarşısını alar. Güzəşt ürəklərin islah olunmasına və kinin aradan getməsinə səbəb olar. “Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səibr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər”. (“Fussilət” 35).
Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizi bağışlayın ki, kin ürəklərinizdən getsin”.
İnsan adətən günah edəndən sonra vicdanı sızlayır və qarşı tərəf onu bağışlayan zaman isə daha çox xəcalər çəkir. Ömrünün axırına qədər bu yaxşılığı unutmaz.

3. Təqva artar. Allah Təala Quranda buyurur: “Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir”. (“Bəqərə” 237). Bu ayəyə əsasən bağışlamanın gətirdiyi bərəkətlərdən biri də təqvanın artmasıdır. İnsanın təqvasının artması iki şeyə görə olar: o kəs ki, öz haqqından keçər və onu bağışlayar, heç bir insanın haqqına zülm etməz. Ona görə də bu güzəşt insanın təqvasını artırar. İkinci hal budur ki, insan öz qanuni haqqından başqasına görə keçər və Allahın günahını etməyə çalışmaz. Özünün malı olmayanı götürməz. Bu bağışlayan insan İlahi təqvaya riayət etmiş olar.

4. İlahi rəhmət. Biz bu fani dünyada və cavidan axirətdə Allahın rəhmətinə həmişə möhtacıq. Əgər İlahi rəhmət olmazsa, çox sayda maddi və mənəvi çətinliklər bizi həlak edər. İlahi rəhməti cəlb etməyin yolları vardır. Bu yollardan biri də başqalarını bağışlamaqdır. Allah bu cür bəndəsini sevər, ona rəhmət nəzəri ilə baxar. Büdrəmələrini bağışlayar və Öz xüsusi rəhmətini ona şamil edər. (Tebyan)

/Deyerler/
Oxşar xəbərlər