Bəzən suyun axınına qarşı getmək lazımdır
Mьəllif: admin1
Tarix: 29-06-2022, 09:40
Bəzən suyun axınına qarşı getmək lazımdır


Quranın nəzərinə görə, Firon ən pis insan idi. Lakin bu zalım insanın həyat yoldaşı kəramət və izzət sahibi olan bir xanım idi. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, o xanımın yeri behiştdədir.

Asya zəmanəsinin zalım hökmdarı olan həyat yoldaşına qarşı heç bir zaman sakit durmurdu. Ona etiraz edir və zamanın məsum rəhbərinə itaət edirdi. Allaha iman gətirir və imanına görə də öldürülür. İşgəncə halında Allahdan istəyir ki, onu qürbünə yaxınlaşdırsın. Bundan azına razı deyildi.

Biz insanlar həyatımız boyu bəzi məsələlərdə şəkk və şübhəyə düşürük. Bəzən ətrafımızda olanların təsiri altına düşürük.Heç fikir vermirik ki, cəmiyyətimizdə baş verənlər doğrudur, yoxsa yanlış? Allahın rizası olan işlərdir, yoxsa yox?

Bəzən cəmiyyətlə eyni rəngdə olmağı izləyərək və məzəmmətdən qorxaraq gördüyümüz işlərin düzgün və ya yanlış olmasına diqqət etmirik. Başqalarının işini davam etdiririk.

Bəzən ailəmizin ardınca gedir və onların etdiklərini edirik. Lakin bunu bilməliyik ki, məntiq və din ailədən daha üstündür. Ailə rabitələrinin sərhədləri vardır. O yerdə ki, küfrə gəlib çatar, onun ardınca getmək olmaz.

Ərinin etiqadının ardınca getmək qadının öhdəsində deyildir. Necə ki, Asya öz ərinin zülm və əziyyətinə nəzər salaraq onun ardınca getmədi. Ölənə qədər öz əqidəsində möhkəm qaldı.

Asya doğru yolu seçdi. Həyat yoldaşının yanlış yoluna etirazını bildirdi. Asyanın məsəli hamımıza aiddir. Qadın və ya kişi olması mühüm deyildir. Biz hamımız bilməliyik ki, su axınının əksinə hərəkət edə bilərik.

Əlbəttə, bu iş - məşəqqətli bir işdir, lakin hümmət göstərərək, iman sayəsində ətrafımızda olan vəziyyəti dəyişdirə bilərik. Doğrunu hakim edə bilərik.

Biz gərək deməyək ki, bu işi bacarmarıq. Əgər imanımız güclüdürsə, gərək hərəkəti başladaq. Nəticəsini isə Allaha tapşıraq. Hətta əgər istədiyimiz nəticəyə çata bilməsək belə, ən azı vicdanımız rahat olar. Öz vəzifəmizi yerinə yetirmiş olarıq.

Bizim üzərimizdə vəzifələrimiz vardır. Əgər ətrafımıza bir qədər nəzər salsaq və düşünsək, bu nəticəyə gəlib çatarıq ki, cəmiyyətdəki insanların çoxu yanlış yoldadırlar. Sanki gözlərini doğrulara bağlayıblar. Çox zaman xəlqin razılığını Allahın razılığından üstün bilirlər. Aqibətlərini düşünmürlər.

Əgər bu işlərinin səbəbini onlardan soruşsaq, bizə belə cavab verərlər: “Hamı belədir”. Əslində bu cavab - təfəkkür etməməyin nəticəsidir. Sanki hər yerdə çoxluğun rəyi qalib gəlməlidir.

Məgər Asya bunu bacarmazdı? Məgər o, sarayın təmtəraqını görmürdü və bu rifahdan bəhrələnə bilməzdi? Başı ağrımadan həyatının sonuna qədər bu rifah içində yaşamağı bacarmazdımı?

Əlbəttə ki, bacarardı. Lakin əqidəsini bu təmtəraqdan üstün bildi. Ölənə qədər müqavimət göstərdi. Axirətini əldə etmək üçün müqavimət göstərdi.

Yadda saxlayaq ki, bu həyatda hər birimiz dəyişə bilərik. “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).


/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930