Tacirlər gərək bu 5 şeydən çəkinsinlər
Mьəllif: admin1
Tarix: 7-07-2021, 09:36
Tacirlər gərək bu 5 şeydən çəkinsinlər

"O kəs ki, alış-veriş edir, gərək 5 şeydən uzaq olsun, əks halda alış-veriş etməsin: sələm, and içmək, malının eybini gizlətmək, satan zaman malını çox tərifləmək və alan zaman malı pisləmək".

Əziz Peyğəmbərdən (s) belə bir hədisimiz vardır ki, buyurub: "O kəs ki, alış-veriş edir, gərək 5 şeydən uzaq olsun, əks halda alış-veriş etməsin: sələm, and içmək, malının eybini gizlətmək, satan zaman malını çox tərifləmək və alan zaman malı pisləmək".

Tacirlərin bir çoxu alış-veriş zamanı öz mənafelərini güddükləri üçün Allahı, Peyğəmbəri (s) unudurlar. İmamlarımızdan (ə) eşitdiyimiz hədislərdə də bunun açıq şahidi oluruq.

İmam Əli (ə) bazara gəlir və öz yerində dayanıb deyərdi: "Salam olsun sizə, ey bazar əhli! Allahdan qorxun və and içməyin. Çünki and içmək malın bərəkətini aparar".

Həzrət (ə) başqa yerdə buyurur: "Ey dəllal insanlar! Az and için ki, bu əməl malı satdırar və (həqiqi) gəliri aradan aparar".

İmam Sadiq (ə) buyurur: "Allah Təala malını and içməklə satan insana nifrət edər".

Bəs sələm nədir?

Sələmin mənası əlavə deməkdir. Alimlər onu belə mənalandırıblar. Ravəndi deyir: "Sələmin əsli - artımdır, sələm sərmayənin artımıdır".

Rağib İsfəhani yazır: "Sələm - sərmayənin artımıdır".

"Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) və işi (axirət cəzası baxımından) Allaha aiddir.

(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. Allah sələmi məhv edir (sələmlə qazanılmış malın bərəkətini aradan aparır) və sədəqələri(n bərəkətini) artırır. Allah heç bir günahkar nankoru sevmir.

Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin". ("Bəqərə" 275-278).

Əllamə Təbatəbai bu ayələrin təfsiri haqqında yazır: "Sübhan Allah bu ayələrdə sələmə görə o qədər şiddət göstərmişdir ki, heç bir firuiddin haqqında bu qədər şiddət göstərməmişdir".

İmam Sadiq (ə) buyurur: "Sələm yemək dünyadan bayıra çıxmaz, məgər o halda ki, dəliliyin bir növünə düçar olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, meraca getdim, bir dəstə insan gördüm ki, qarınları böyük idi və hər nə qədər ayağa qalxıb yol getmək üçün ciddiyyət göstərsələr də, onlar üçün mümkün olmurdu. Davamlı olaraq yerə yıxılırdılar.

Cəbrayilə (ə) sual verdim: "Bunlar kimlərdir? Günahları nədir?".

Cavab verdi: "Bunlar sələmyeyənlərdir"".

And içmək.

İslam dini and içməyi bəyənmir. Quran buyurur: "Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin.

Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.

Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir". ("Bəqərə" 224-225).

"Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə". ("Qələm" 10).

Yalandan and içmək isə ən böyük günahdır. Yalan danışmaq günahdır və üzərinə də yalandan and içmək gəlincə, kəbirə günahın miqdarı artır. Bəli, bu zarafat deyildir, Allahı öz yalanına şərik etməkdən söhbət gedir!

Ancaq bir halda and içmək olar, o da məhkəmədə hakimin qarşısında.

Yalandan and içməyə görə hədislərə nəzər salaq. İmam Baqir (ə) buyurur: "Yalandan and içməkdən qorxun ki, abadları xarab edər".

Başqa bir yerdə oxuyuruq: "Yalandan and içmək və qohumluq əlaqəsini kəsmək - abadları viran edər, nəslinin qət olmasına səbəb olar".

Bundan başqa, əgər tacir malındakı eybi gizlədərsə, qarşı tərəfi aldatmış olar və onun etimadından sui-istifadə edər.

Beləliklə, deyə bilərik ki, tacir gərək alış-veriş zamanı bu beş əməldən çəkinsin, əks halda gəliri haramla dolu olar və qazancının bərəkəti gedər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930