İmam Səccadın (ə) nəzərində ananın və həyat yoldaşının haqqı
Mьəllif: admin1
Tarix: 8-02-2021, 11:36
İmam Səccadın (ə) nəzərində ananın və həyat yoldaşının haqqı

İmam Səccad (ə) öz hüquq risaləsində ananın haqqını ata haqqından üstün bilmişdir.

Bəlkə də ona görədir ki, ananın övladı üzərindəki zəhməti atanın zəhmətindən çoxdur. İmam (ə) öz risaləsində ananın haqqına riayət etməyi tövsiyə etmiş və bu mövzunun əhəmiyyətindən bəhs etmişdir.

İmam (ə) buyurur: “Ananın haqqı budur ki, biləsən:

1. Səni həml etmişdir, o halda ki, heç kəs başqasını həml etməz.

2. Ürəyinin meyvəsindən səni yedizdirmişdir ki, heç kəs bu cür lütfü başqasına etməz.

3. Səni bütün bədəni ilə qorumuşdur.

4. Qorxmazdı ki, sən tox olasan, özü ac.

5. O, susuz olsun, sən sirab.

6. Özü paltarsız olsun, sən geyinmiş.

7. O, günəşin istisində olsun, ancaq sənin üçün məhəbbətdən kölgə yaratsın.

8. Sənə xatir oyaq qalsın.

9. Səni istidən və soyuqdan qorusun.

Bil ki, onun şükrünü yerinə yetirə bilməzsən, məgər o halda ki, Allah yardım edər”.

İmam Səccad (ə) bu nurani sözləri ilə demək istəyir ki, sən ananın haqqını verə bilməzsən, ancaq əgər Allah sənə yardım etsə, o zaman bəlkə də ananın haqqını ödəyə bilərsən.

Həyat yoldaşının haqqı.

İmam Səccadın (ə) hüquq risaləsində qadınların haqqına işarə edilmiş və həyat yoldaşının haqqına riayət olunmasına təkid olunmuşdur.

İmam Səccad (ə) buyurur:

“1. Allah qadınlarda sizin üçün rahatlıq və ülfət qərar vermişdir.

2. Qadınlar sizin üçün Allah Təalanın nemətidirlər.

3. Qadınların haqqı kişilərə vacibdir.

a). Qadınlara hörmət etmək.

b). Qadınla mülayim olmaq.

c). Onlara qarşı rəhimli olmaq.

e). Qadınlara yeyəcək və geyimi infaq etmək.

d). Qadınları səhv edən zaman bağışlamaq”.

Əlbəttə hər bir qadın özünə sual verməlidir ki, o, həyat yoldaşı üçün nemətdir, yoxsa əzab?

Həyat yoldaşı üçün rahatlıq mənbəyidir, yoxsa narahatlıq? Onun nigaran olmasına səbəb olar, yoxsa yox?

Hər bir qadın Həzrət Zəhranı (s.ə) özünə örnək qərar verməli və o Xanımdan (s.ə) dərs almalıdır.

Onun iffətindən, onun həyat yoldaşına münasibətindən, onun övlad tərbiyəsindən...


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930