Allahdan heç bir sirri gizlətmək mümkün deyil
Mьəllif: admin1
Tarix: 27-05-2020, 23:13
Allahdan heç bir sirri gizlətmək mümkün deyil
Allah Təala insanın sinəsində gizlətdikərindən xəbərdardır. İstər insan onu dilinə gətirsin, istərsə də gətirməsin. Allahın yer və göydə olanlara elmi eynidir.

Allahdan heç bir sirri gizlətmək olmaz. “De: «Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir»”. (“Ali-İmran” 29).

Bu ayədə sinə dedikdə ürək və batin nəzərdə tutulur. Allahın həm bizim sinələrimizdə gizlətdiklərimizdən xəbəri var, həm də göydə və yerdə baş verənlərdən.

O, sonsuz elmi ilə yer və göyü əhatə etmiş və hər kəsin niyyətindən xəbərdardır. Günahkara cəza vermək qüdrətinə də malikdir.

Allah Təala davamlı olaraq insanı qoruyar və hər bir əməlindən agah olar. İnsan namazı bəzən riya məqsədilə qılar, bəzən də Allah üçün qılar.

Hər iki namaz zahiri baxımından eynidir. Lakin həqiqətləri yerlə göyün arasında olan fasilə qədər fərqlidir. Allah bəşərin gizli nəfsindən agahdır. İnsanları pis hədəfləri yolunda etdikləri günahlara görə cəzalandırar.

Ona görə də Allahın qüdrəti insanın nəfsani və maddi büdrəmələrini əhatə edər və buna elmi vardır. Öz elminə görə səhvlərin hesabını çəkər və buna görə cəza verər.

“Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır.

Beləliklə,(rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir”. (“Bəqərə” 284).

Əllamə Təbatəbai bu ayə haqqında buyurur: “Allah hər nə etsəniz, ondan agah və xəbərdardır. Allah bu günahları hesab edər və sonra da cəzalandırar”.

Bu ayələrdən çıxartdığımız nəticələr:

- İnsanın sinəsi sirr sandığıdır və onun fikir və düşüncələrinin xəzinəsidir.

- Allahın gizlin və aşkara, yerdə və göydə olanlara elmi eynidir.

- Allahın elminə diqqət etmək - vicdanları dirildər və günaha mane olar.

- Bütün səmanın sirlərinə agah olan Allahdan heç nə gizlətmək olmaz.

- Allahın qüdrəti daima müxalifləri hədələyər.

- İnsan sinəsində gizlətdiyini istər aşkar etsin, istərsə də gizlətsin – Allah ondan agahdır.

- Allah sinədə olan gizli niyyətləri bilir və onların hesabını çəkir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930