Nicat tapmaq üçün bu 4 yolu bilmək lazımdır
Mьəllif: admin1
Tarix: 24-10-2022, 11:06
Nicat tapmaq üçün bu 4 yolu bilmək lazımdır
Qurani-Kərim səma kitabı olaraq insanın təkamül və hidayət yolunu müəyyən edir. Quran bizlərə ya birbaşa və ya dolayı yollarla haqq yolunu tanıdır.

Bəs Quranın nəzərində kimlər nicat tapmışdır?

1. Allah Təala və Peyğəmbərə (s) iman gətirənlər. Allah "Səff” surəsində buyurur: "Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir”. ("Səff” 10-11).

İslamın nəzərinə görə hər kim Allaha və Peyğəmbərə (s) iman gətirməzsə, behiştə getməz. Hətta behiştin iyini belə hiss etməz. Lakin dildə sadəcə "Allahu Əkbər” deməklə müsəlman olmaq olmaz.

Mömin o kəsdir ki, həm iman gətirər və həm də saleh əməl yerinə yetirər. İmanı, onun həyatının hər bir sahəsinə təsir qoyar.

2. Allah yolunda cihad etmək. "Allah yolunda mallarınızla və canlarınızla cihad edin”. ("Səff” 11).

Cihad sözünün ümumu və xüsusi mənaları vardır. Ümumi mənada səy, çalışma, əziyyətlərə səbir etmək şamil olur. Lakin cihadın ən ali dərəcəsi Allah yolunda şəhid olmaqdır.

3. Təqva. "Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə(əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. ("Məryəm” 72).

Səadətə çatmağın yollarından biri təqvadır. İslam dini nəfsi islah etmək haqqında çox sayda göstərişlər vermişdir. Ruh və canı pak etmək gözəl və bəyənilən sifətlərin inkişaf etməsinə səbəb olar.

Ona görə də Allah buyurur: "Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. ("Şəms” 9).

4. Əhli-beyt (ə) davamçıları. O kəslər ki, vilayəti qəbul edər, onların ardıcılı olar, nicat taparlar. Əbdürrəhman ibni Səmərə nəql edir ki, Həzrət Peyğmbərə (s) dedim ki, məni düz yola hidayət et.

Buyurdu: "Ey Səmərənin oğlu! O zaman ki, nəfsani istəklərin müxtəlif və nəzərlərin dağınıq oldu, Əli ibni Əbutalibin (ə) xidmətçisi ol ki, o, İmamdır. Sizin üzərinizdə olan xəlifədir. Məndən sonra o, haqla batili ayırd edəndir.

Hər kim ondan soruşar, o, cavab verər. Hər kim onun ardınca olar, o, yol göstərər. Hər kim ondan yol göstərməsini istəyər, onu tapar. Hər kim ondan hidayət istəyər, hidayət olar. Hər kim ona pənah aparar, onu rahat edər. Hər kim onun ətəyinə çəng vurar, nicat verər. Hər kim ona iqtida edər, rəhbərlik edər...”.

Vilayəti qəbul etmək kifayət deyildir, əməl də lazımdır. O kəs ki, əməldə İmamların (ə) ardınca olmaz, necə vilayətə iddialı ola bilər?

Şəhid Mütəhhəri buyurur: "Bədbəxtlikdən axır zamanlarda mərcələrin fikirləri başqa bir libasda avam insanlara nüfuz etmişdir. Avam Əhli-beyt (ə) davamçıları belə güman edir ki, Əmirəl-mömininə (ə) dildə iman gətirmək kifayət edir. Elə bilirlər ki, Əhli-beyt (ə) davamçılarının pis işləri və günahları bağışlanacaqdır”.

İmam Həsən Müctəba (ə) buyurur: "Bizim davamçılarımız o kəslərdir ki, bizim işlərimizə və bizim qadağalarımıza riayət edərlər. Ancaq onlar bizim davamçılarımızdır. Lakin o kəslər ki, Allahın onlara vacib etdiklərinə müxalifətlik edər, bizim davamçılarımızdan deyildir”.

İmam Sadiq (ə) buyurur: "Bizim davamçılarımızdan deyildir o kəslər ki, dildə bizim davamçısımız olduğunu deyər, lakin əməl və rəftarı bizim əməllərimizə müxalif olar. Bizim davamçılarımız o kəslərdir ki, dildə və ürəkdə bizimlə müvafiq olar. Bizim işlərimizin ardıcılı olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031