Özünü unutmaq necə olur?
Mьəllif: admin1
Tarix: 3-04-2020, 10:52
Özünü unutmaq necə olur?

Əgər insan özünü tanımaq üçün səy göstərməzsə, qəflətə düşər və unudular. Bu qəflət onu dünya ləzzətlərində qərq edər. İnsan dünya ləzzətlərinə qərq olan zaman axirətini və varlığının həqiqətini unudar. Özünü bu cür unutmaq insanın axirətini yandırar və onu bədbəxt edər.

Özünü unutmağın başqa bir növü isə ariflərə aiddir və şühud adlanır. "Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. ("Bəqərə” 115). Bu cür özünü unutmaq – bəyənilən əməllərdən hesab edilir.

Bəzi insanlar başqalarına nəsihət verdikləri halda özləri-özlərini unudublar. Özlərini yaxşı işlərə tərəf hidayət və dəvət etmirlər. "(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!”. ("Bəqərə” 44).
Bu ayə buyurur ki, niyə başqalarına dediklərinizə özünüz əməl etmirsiniz? Bu ayənin müraciət etdiyi kəslər - əməlsiz alimlərdir. İmam Əli (ə) bu insanları məlun adlandırmışdır.

Allah Təala özünü unudan insanları o kəslərdən hesab edir ki, ancaq özlərini düşünərlər. Allahı yada salmaqdan qafil olarlar. "Başqa bir dəstə isə yalnız öz canının hayında idi”. ("Ali-İmran” 154).
Bu cür insanların hümməti öz dünya həyatlarını qorumaqdır. Ona görə də nə dinləri vardır, nə də həqiqi səadətləri. Əgər özlərini dinə həsr ediblərsə, deməli belə hesab edirlər ki, ancaq bu yolla qalib ola bilərlər. Əslində hədəfləri dinə xidmət etmək deyildir. Bəlkə dini öz xidmətlərində hesab edirlər. Dindən o zamana qədər dəm vururlar ki, öz xeyirlərinədir. Bütün səyləri tez keçən dünyadan bəhrlənməkdir. Öz insanlıqlarını unudublar.

Bəzən özünü unutmaq Allahı unutmağa səbəb olar. Ona görə də Allah möminlərin bir çoxunu Allahı unutmaqdan çəkinindirir və buyurur:"Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”. ("Həşr” 19).

Əgər insan Allahı unudarsa, Allahın gözəl ad və sifətlərini də unudar. Bu unutqanlıq əslində qəflət və zati zəiflikdir. Bu cür insan elə bilir ki, varlığı kamala çatıbdır. Allaha söykənmək yerinə, özünə söykənər.

Əgər insan mələk kimi Allaha həmişə itaət edərsə və Ona itaətsizlik etməkdən qorxarsa, heç bir zaman günaha düçar olmaz. Lakin insanda heyvani sifətlər də olduğu üçün, bunu etmək ona çətindir. Əgər insan öz insanlıq həqiqətini unudub heyvani sifətlərin ardınca getsə, öz ali dərəcəsindən süqut edər.

Özünü unutmağın gətirdiyi bəlalardan biri də məadı və Məbdəni inkar etməkdir. "O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir”. ("Həşr” 3).

Bütün bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, özündən qəflət etmək süqutun başlanğıcıdır. Belə insan əvvəl Allahı unudur ki, sonra özünü unutmağa qədər gəlib çıxır. Dünya ləzzətləri ilə məşğul olur. "Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur”. ("Rəhman” 26).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930