Ən üstün tanıma odur ki, insan özünü tanısın
Mьəllif: admin1
Tarix: 20-02-2018, 10:41
Ən üstün tanıma odur ki, insan özünü tanısın
Böyük bir gəmi dənizdə üzməkdədir. Öz anbarında çox sayda sərmayəsi vardır. Gəminin kapitanı çox bilikli bir insandır və o gəmini küləyə qarşı idarə etməyi yaxşı bilir. O, həm dənizin və həm də küləyin gücündən bəhrələnir. Öz elmi ilə gəminin batmasına mane olur.

Əgər gəminin kapitanı bilikli olmasaydı, heç bir külək və ya dəniz bu gəminin batmasına mane ola bilməzdi. Ona görə də batini sağlam olmalıdır ki, gəmini idarə edə bilsin. Əks halda gəmi öz məqsədinə çatmaz.

İnsanın daxili sərmayəsi sağlam yelkənlərə bənzəyir. Bu sərmayəni tanımaq - özünü tanımaq deməkdir. Bu sərmayəni kəşf etmək və ondan düzgün bəhrələnmək insanın ən mühüm müvəffəqiyyətidir. İnsan özünü tanıyaraq öz daxili sirlərini və zati istedadlarını kəşf edə bilər.

O kəslər ki, cəhalət və agahsızlıqla bu sərmayəni unudur və onu xəzinə kimi yerə basdırırlar, Allaha itətsizlik və günah işlədərək, bu sərmayəni zay edərlər. Onlar dünya və axirətdə ziyana uğrayanlardır.

“De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur»”. (“Zumər” 15).

İmam Əli (ə) buyurur: “Ən üstün tanıma odur ki, insan özünü tanısın”.

“(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz)”. (“Nəhl” 111).

Qəlbin salamatlığı - o dəyərli gövhərdir ki, Qiyamət günü ona alan tapılar və çirkinliklərdən pak olar. «O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şuəra” 88-89).

Özünü tanıma mehvəri:
1. Şəxsiyyətin müsbət tərəflərini tanımaq.
2. Şəxsiyyətin mənfi tərəflərini tanımaq.
3. Həyatın aydın və üstün cəhətlərini tanımaq.
4. Əlaqə, meylləri tanımaq.

İnsan öz istedadlarını və meyllərini tanısa, öz böyük sərmayəsinə elm əldə etmiş olar. Həyat yolunu zati istedadlarına uyğun seçər və qələbə yolunu asan başa vurar.

Başqa bir tərəfdən isə bu tanıma insanın zəif tərəflərini ona tanıdır. Belə olan halda insan öz eyblərini aradan qaldırmağa çalışar. Həyatın çətinliklərinə qarşı məntiqli mübarizə aparar.

Özünü unutma.

Özünü tanımanın əksi - özünü unutmaqdır. Belə bir insan xəyalında özü üçün şəxsiyyət təsəvvür edər və elə bilər ki, özü həmin şəxsiyyətdir. Halbuki, bu, onun özü deyildir, bəlkə xəyalıdır. O, öz həqiqətəni unudur və ondan uzaqlaşır.

“Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!” (“Həşr” 19).

İnsan elə bilir ki, həqiqi mənliyi elə bu bədənidir. Bütün səy və çalışmalarını bədəninə görə edər. Ona görə də həqiqi mənliyini itirmiş olar.

Bu, ona bənzəyir ki, insanın başqa bir materikdə bir torpağı vardır. Zəhmət çəkib orada ev tikir və oranı pərdə və xalçalarla bəzəyir. Ancaq həmin evə köçmək istədiyi gün başa düşür ki, öz torpağı yerinə, başqasının torpağında ev tikmişdir. Öz torpağını isə xarab etmişdir.

İmam Əli (ə) buyurur: “Təəccüb edirəm o kəsə görə ki, itmiş şeyini axtarır, halbuki özünü itirib, lakin onu axtarmır”.

Özünü unutmaq - yəni, təkamül yolunu azmaq deməkdir. Hər bir insan öz fitri təkamül yolunda irəliləyər. Həqiqətdə özündən özünə səfər edər. Yəni öz zəifindən öz güclüsünə tərəf hərəkət edər. Özünü unutmaq nəticəsində insan öz həqiqətəni və mahiyyətini unudar və onu məhv edər. O, bir heyvana çevrilər.

Beləliklə, deyə bilərik ki, bu fani dünyada insan gərək özünü tanımaq və öz istedadlarını kəşf etməklə təkamülə çatsın. Qəflət dənizində qərq olarsa, həm dünyada və həm də axirətdə ziyana uğrayar.

İmam Əli (ə) buyurur: “Allah Təala Allahı yada salmağı qəlblərin səfa mənbəyi qərar vermişdir. Allahı yada salmaq qulağın ağırlığını, gözün korluğunu, nəfsin üsyanını yatızdırar və onları ram edər”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930