Xanım Zəhranın (s.ə) son sözləri
Müəllif: admin1
Tarix: 7-02-2018, 11:35
Xanım Zəhranın (s.ə) son sözləri
... Atam özünə ilk mənim qovuşacağımı deyib; Məndən sonra Sənin başına nələr gələcəyini də...

Nə olar ağlama...

Baxma mənim ağlamağıma; Mən sənin üçün gözyaşı tökürəm, sən niyə ağlayırsan? Sənin gözlərini yaşlı görməyə dözə bilmərəm Əli, nə olar ağlama...
Həm, halına ağlanılacaq biri varsa o da Sənsən; Səndən daha məzlum, səndən daha qərib və səndən daha yalnız kim var?...

Bütün kainat sənin başına gələnlərə ağlasa, yeri var.

Mən, sənin qəsb edilən haqqın üçün çırpındım, səni müdafiə etdim və bunu bütün canım, könlümnən etdim. Yüz canım olsa, hamısını sənə fəda edərdim Əli, ağlama, nə olar ağlama!...

Mən gedirəm artıq... Atam özünə ilk mənim qovuşacağımı deyib; Məndən sonra Sənin başına nələr gələcəyini də...

Və oğulumuz Həsənin və Hüseynimizlə bu kiçik Zeynəbimizin... Atam hamısını izah edib Əli… O halda sən ağlama, icazə ver mən ağlayım, məndən sonra sizlərə gələcək olan o qədər ağrılı, zülm və fəlakətlərə...

Bu mənim qurtuluşum, dərdlər və ağrılarımın sonudu bilirəm...

Sən və balalarımız üçünsə dərdlər və ağrıların başlanğıcı... Bunun üçün ağlama deyirəm... Ey ən igid ər, ey ən məzlum yoldaş, ey ən dərdli ata, ey ən tək İmam...

Ağlama Əli, ağlama Əmimin oğlu, ağlama Heydər, ağlama Əbu Turab, Mürtəza, küfr ordularının qorxulu yuxusu Səftar, Əbul-Həsən...

Atamın qəyyumu, onun elminin və helminin varisi, Zülfüqarın bənzərsiz igidi, elm şəhərinin qapısı, Xəndək günü bir tək qılınc vuruşuyla bütün insanlar və cinlərə imam olmağa haqq qazanan Allah aşiqi, yetimlərin sevgilisi, kimsəsizlərlə kasıbların dostu, dayağı;

Məzlumun mehriban yarı, zalımın şiddətli düşməni... Ağlama nə olar! Bu qədər ağrıdan sonra bir də gözyaşlarını görməyə dözə bilmərəm sənin...

Səni və balalarımı Allaha əmanət edirəm Əli. Qiyamətə qədər bütün övladlarımıza salamımı söylə. Allah yarınız, köməkçiniz olsun.

Ah! Əli, bax!... Sən də görürsənmi mənim gördüyümü? Bax, bu Cəbrayıldır! Mənə xoş gəldin deyir, təbrik edir, bax!

-Əleykəssəlam ya Cəbrayıl!

Bu da Mikayıl, bu da İsrafil! Bəli, salam verirlər, bax!

- Əleykuməssəlam ya Mikayıl, ya İsrafil!

Bunlar da digər mələklər... Məni qarşılamağa gəliblər.

Və bu da Əzrayıl, Əli! Salam verir mənə.

- Əleykəssəlam ey ölüm mələyi! Al canımı da, atama qovuşdur məni... Ata!... Nə qədər də darıxdım sənin üçün, bir biləsən!

Allahım! Rəbbim! Ey ucalar ucası! Mən sənə gəlməkdəyəm indi, al məni Allahım!

Bəli, sənə gəlməkdəyəm indi, atəşə deyil!

Salam atam! Vədlərin həmişə haqq çıxıb, salam olsun sənə! Salam o təbəssümünə! Fatimən gəldi, Zəhrayı Mərziyyən gəldi! Gözün aydın olsun ata! Mərhaba!..

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031