İmam Zaman ağanın (ə.f) kəraməti ilə korlar şəfa tapır
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:41
Bцlmə: Məqalələr » Maarif
İmam Zaman ağanın (ə.f) kəraməti ilə korlar şəfa tapır


Məsum İmamların (ə) hamısı kəramət sahibi idi. On ikinci İmamın (ə) kəraməti başqa İmamlarla (ə) müqayisədə daha çoxdur və onu bir kitaba toplasaq, ora sığışmaz. Bu kəramətlərdən bir neçəsinə işarə edək:

1. İraq əhlindən olan bir kişi İmam Zamana (ə.f) müəyyən mal göndərir və Həzrət (ə.f) həmin malı göndərib bildirir ki, əmin oğlunlarının 400 dirhəmini həmin maldan çıxart. Həmin kişinin əlində bir tarla var idi ki, əmisi oğlanları ilə şərik idi. Ancaq onların haqqını verməmişdi. Hesablayıb görür ki, onlara verməli olduğu pulun miqdarı elə 400 dirhəmdir. Onu əmisi oğlanlarına verir və qalan malı İmama (ə.f) göndərir. İmam (ə.f) bu dəfə həmin malı qəbul edir.
2. İbni Şadan nəql edir: “Mənim yanımda İmamın (ə.f) payından 480 dirhəm toplanmışdı. Mən istəyirdim ki. bu pul 500 dirhəmdən az olmasın. Ona görə də öz malımdan 20 dirhəm götürüb həmin pulun üstünə qoydum. Həzrətin (ə.f) vəkilinə göndərdim. Ancaq məktubda yazmadım ki, 20 dirhəmi mən qoymuşam. Cavab gələndə oxudum ki, 500 dirhəm ki, onun 20 dirhəmi sənin idi, mənə çatdı”.
3. Ağanın möcüzələrindən biri son zamanlarda Müttəqi Həmədaninin həyat yoldaşının başına gəlmişdir. Müttəqqi Həmədani nəql edir: “Səfər ayının 17-də bu xanım iki cavanını itirdiyi üçün çox dərd çəkirdi və ona görə də ürək infaktı keçirtmişdi. Həkimlərin dediyi kimi müalicə olunmağa başlamışdı, ancaq heç bir nəticə vermirdi. Gecə saat on birdə evə qayıtdım və yadıma düşdü ki, cümə gecəsidir və dualar qəbul olur. Həmin gecə bir qədər Quran oxudum və cümə duasının bir hissəsini qiraət edib İmam Zamana (ə.f) təvəssül etdim. Qəmli qəlbimlə yuxuya getdim. Gecə saat 4-də ayağa qalxdım və həyat yoldaşımın yatdığı aşağı otaqdan səs-küy gəldiyini anladım. Bu səs get-gedə artırdı və sonra da susdu. Mən güman etdim ki, yəqin ki, Tehrandan qonaqlar gəlmişdir. Ona görə də etina etmədim. Sübh azanın səsini eşidildi və dəstəmaz almaq üçün aşağı mərtəbəyə endim. Gördüm ki, həyətin işıqları yanır və qızım ki, qardaşlarını itirəndən sonra heç gülməzdi, həyətdə dayanıb gülür. Ondan soruşdum: “Niyə yatmırsan?”.
Dedi: “Atacan, yuxum qaçıbdır”.
Dedim: “Niyə?”.
Dedi: “Çünki anama saat dörddə şəfa verilibdir. Mən də sizi gözləyirdim ki, gələsiniz və sizə müjdə verəm”.
Dedim: “Kim şəfa veribdir?”.
Dedi: Anam saat dörddə güclü iztirab içində bizim hamımızı yuxudan oyatdı. Deyirdi: “Ağanı yola salın!”. Hamımız ayıldıq və gördüm ki, ayağa qalxa bilməyən anam otadqa hərəkət edir. Otaqdan bayıra çıxdı, onun ardınca getdim. Həyətin qapısında ona çatdım və dedim: “Anacan, hara gedirsən?”. Anam dedi: “Ağa (ə.f) elm əhlinin libasında başımın üstünə gəlmişdi. Mənə buyurdu: “Ayağa qalx”. Dedim: “Bacarmıram”. Tünd səslə dedi: “Ayağa qalx və bir daha ağlama və dərman da içmə”. Mən Həzrətin (ə.f) heybətindən ayağa qalxdım və buyurdu: “Bir daha ağlama və dərman da içmə”. Elə ki, üzünü qapıya tərəf çevirdi, sizi oyatdım. Ancaq siz gec qalxdığınız üçün mən özüm onu yola saldım. Anam özünə gələndə gördü ki, həyətin qapısındadır və dedi: “Ya Zəhra (s.ə)! Mən yuxu görürəm, yoxsa oyağam? Mən özüm bura gəlmişəm?”. Dedim: “Anacan, sizə şəfa verilmişdir”. Sonra anamı otağa gətirdim. Bəli, Ağa (ə.f) bir kəlmə deməklə ki, “ağlama”, bütün qəm və qüssə qəlbindən silib getdi”.
4. Şəmsələddin Muhəmməd ibni Qarun məşhur alimlərdən idi və nəql edir ki, Nəcm adında bir kişi Fərat kənarındakı Dəqusa kəndində yaşayırdı. O, xeyirxah və yaxşı əməl sahibi idi. Həyat yoldaşının adı Fatimə idi. Arvadı da özü kimi saleh və yaxşı əməl sahibi idi və iki övladları var idi. Təsadüf etdikləri üçün hər iksinin gözü kor olur və çox gücsüz düşdülər. Ərlə arvad uzun müddət bu vəziyyətdə əziyyət çəkərək yaşadılar. Gecələrin birində qadın hiss edir ki, kimsə ona dedi: “Allah korluğunu aradan qaldırmışdır. Ayağa qalx və ərinin yanına get. Ona xidmət etməkdə səhlənkarlıq etmə”. Qadın gözünü açan zaman görür ki, ev nur içindədir. Başa düşür ki, bu, İmam Zaman ağa (ə) idi”.
5. Mehzarın oğlu nəql edir ki, gəmi ilə səfərdə atamla bir yerdə idim. Özü ilə çoxlu mal aparırdı. Atam xəstəliyə düçar olur və mənə deyir: “Ölüm halındayam. Həmin mallara görə vəsiyyət edir ki, İmam Zamana (ə.f) verək. Bu vəsiyyətə görə təəccübləndim və ancaq əmin idim ki, atam yersiz söz deməz. Öz-özümə dedim: “Əgər bu məsələ mənim üçün aydın olsa, İmam Həsən Əsgərinin (ə) dövründə olduğu kimi vəsiyyətə əməl edəcəyəm. Əks halda, onu sədəqə verəcəyəm. Bir müddət İraqda qaldıq və İmam Zamanın (ə.f) göndərdiyi adam gəlmişdi və həmin malın əlamətlərini və gizlətdiyim yeri söylədi. Hətta mənim bilmədiyim əlamətləri belə söylədi. Mən də malı ona verdim”.
İmam Sadiq (ə) buyurur: “Heç bir möcüzə ənbiyaların möcüzəsi kimi deyildir, məgər Allah hüccətini tamamlamaq üçün onu Qaimin (ə.f) əlinə verər ki, düşmənlərinə zahir etsin”.
Ona görə də Həzrətin (ə.f) möcüzələri həm qeybdən əvvəl və həm də sonra davam etməkdədir. (Tebyan)
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930