Böyük arif: “Mən sinə vurmağımla özümü il ərzində sığorta edirəm..."
Mьəllif: admin1
Tarix: 21-07-2023, 12:47
Böyük arif: “Mən sinə vurmağımla özümü il ərzində sığorta edirəm..."
Ayətullah Mərəşi Nəcəfinin ən bariz xüsusiyyətlərindən biri bu idi ki, daima Əhli-beytə (ə) təvəssül edərdi.

Alim buyurur ki, nə zaman yeni paltar alsaydım, onu zərihə sirtməklə təbərrük edir və sonra geyinərdim. Alimin evi, kitabxanası və ofusu inşa edilən zaman ilk əvvəl bünövrəyə İmam Hüseyn (ə) türbətindən səpər və sonra inşa edərdilər.

Alim buyurardı ki, mən bu türbətlə bu yerləri sığortalayıram. İştirak etdiyi məclislərdə nə zaman Məsumların (ə) adı çəkilsəydi, alim özündən asılı olmayaraq göz yaşı tökərdi.

Sağlamlığı yol verən zaman əzadarlıq mərasimlərinə gedir və sinə vurardı. Buyurardı ki, mən bu sinə vurmağımla özümü il ərzində sığorta edirəm.

Alim buyururdu ki, nə zaman çətinliyim olsa, Həzrət Məsumənin (s.ə) hərəminə gedir və bir neçə saat orada dua edərdim və həmin çətinliyim həll olardı. Alim özünü Əhli-beyt (ə) xidmətçisi sayardı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930