"Namaz zamanı qəlbini kənar fikirlərdən necə qoruyursan?"
Müəllif: admin1
Tarix: 21-07-2019, 10:45
"Namaz zamanı qəlbini kənar fikirlərdən necə qoruyursan?"

Şəhid Mütəhhəridən (r) bir xatirə...

Bu əhvalatı o böyük alim və dahi şəxsiyyətin yaxın adamları danışırlar. Deyirlər, bir gün mərhum Mütəhhəri övliyalardan birinin məh-zərində olarkən mə'rifəti artırmaq yollarından söz düşür.

Övliya Mütəhhəridən soruşur: "Namaz zamanı qəlbini kənar fikirlərdən necə qoruyursan?"

Mərhum Mütəhhəri cavab verir: "Namazın əvvəlindən axırınadək dediyim sözlərin mə'nasına diqqət edirəm.

Övliya buyurur: "Bəs Allaha nə vaxt diqqət edirsən?"

Olduqca uca mətləbdir! Elə bu söhbətdən aydın olur ki, adi insanlarla övliyalar arasında nə qədər fərq var. Hər halda çalışmalıyıq ki, öz zəif zikrimizə ilahi rəng verək və Allahdan istəyək ki, övliyalara nəsib etdiyi ləzzətdən bizə də daddırsın.

Bəzi insanlar namazda o qədər diqqətsiz olurlar ki, namaz qıldıqlarını yalnız namazı bitirdikdən sonra xatırlayırlar.

Bir mərtəbə üstün olanlar namazın sözlərinə diqqət edir. Növbəti mərhələdə insan dediyi sözlərin mə'na dərinliyinə varır.

Daha sonrakı mərhələdə əvvəlcə qəlb, sonra isə dil danışır. Hər bir insan daha yuxarı mərtəbəyə qalxmaq üçün sə'y göstərməlidir. İnsan özünü elə tərbiyə edə bilər ki, təkcə namazın sözlərinə yox, hətta ətrafdakı bütün şeylərə diqqət verdikdə Allahı xatırlayar.

Məsələn, üzünə toxunan küləyi hiss edən insan ani olaraq Allahın qüdrətini yada salıb, duyduğu sərinliyə görə Böyük Yaradana şükr edə bilər. Beləcə, insan Allahın zikrini artırmaq və dediyi hər bir sözün mə'nasını dərindən düşünməklə təhlükəli qəflətdən xilas ola bilər.



Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031