Namazı yorğun, yuxulu və tələsərək qılmaq olmaz
Mьəllif: admin1
Tarix: 18-12-2019, 13:11
Namazı yorğun, yuxulu və tələsərək qılmaq olmaz
İmam Həsən (ə) buyurur: “Nə zaman namaza dayanmaq istəsən yorğun, yuxulu və tələsərək dayanma. Əksinə, namazı hüzurla və vüqarla yerinə yetir”.

İmam Əli (ə) namaz səcdəsini tələsik yerinə yetirən kişiyə buyurur: “Nə qədər vaxtdır ki, belə namaz qılırsan?”.

Kişi cavab verir ki, filan qədər vaxtdır. Həzrət (ə) buyurur: “Sənin kimi insan Allah yanında qarğaya bənzəyir ki, dimdiyini yerə vurur. Əgər ölsən, Muhəmməd (s) dininin qeyrisində ölmüş olarsan. Ən oğru o kəsdir ki, namazından oğurlasın.

Peyğəmbər (s) buyurmuşdur: “Hər kim rüku və səcdəsini natamam və tələsik yerinə yetirərsə, namazı yerinə yetməz””.

Namaza yüngül yanaşmayaq və yaddan çıxartmayaq ki, namaz - ölçüdür. Bütün əməllərin və ya həqiqətlərin ölçü vasitəsidir. Əgər ruhumuzu boş buraxsaq, Allahdan qeyrisinə diqqət edər.

Əgər həqiqətən ruhumuz belədirsə, bədənimizdən ayrılan zaman da Allaha meyl etməyəcəkdir və bu, həqiqətdə böyük bir müsibətdir.

Lakin insan əgər çalışsa və təmrin etsə, İlahi Övliyalara təvəssül edərək namazda diqqətini cəmləməyi öyrənə bilər. Əgər bu işi həll edə bilsək, bir çox çətinliklərimiz həll olar.

Belə bir halla namaza dayanaq. Namazdan yorulmayaq və namaza dayanan zaman halımızı xoş və ruhiyyəli edək. Elə namaz qılmayaq ki, tez sona çatdırmağa çalışaq.

Bundan başqa, namaza dayanan zaman onu tez başlamağa çalışmayın. Bir qədər səbir edin və nə üçün dayandığınızı xatırlayın. Hər birimiz istəyərik ki, namazda qəlb hüzuruna malik olaq. Lakin ola bilmirik. Hər nə qədər çalışsaq da, yenə də ürəyimiz başqa tərəflərə gedir.

Bu bizim hiss etdiklərimizdir və başqa bir tərəfdən isə hədislərdə oxuyuruq ki, hər kim bu cür halla namaz qılarsa, Allah Öz izzət və cəlalına and verər ki, onu Öz yaxınına buraxmasın.

Hər kim bu halla namaz qılar, Allah buyurar ki, Mən zikrimin halını ondan alaram və onu rədd edərəm. Ona yol vermərəm. Düşünsək, nə qədər böyük bir təhlükə ilə üz-üzə olduğumuzu dərk edərik.

Əgər bu çətinliyi kökündən həll etmək istəyiriksə batinimizi paklamalıyıq, tərbiyə etməliyik. Namaza başlamamışdan əvvəl əllərimizi açıb, Allaha dua edək və ondan qəlb hüzuru istəyək. Allaha diqqət edək və Onun hüzurunda olduğumuzu xatırlayaq.

Əgər bir günahkar kimi Allahın qarşısında dayana bilsək, Ondan bağışlanma istəyən kimi namaz qılsaq, Allah bizi rədd etməz. Namazdan əvvəl Allaha deyək ki, günahkaram, xəcalətliyəm, məni bağışla, Öz dərgahından mənə bəhrə çatdır.

Məni rədd etmə. Və sonra da Peyğəmbərə (s) və Ali-Muhəmmədə (ə) and verib, namaza başlayaq. Bu zaman hüzuru tərk etməməyə çalışaq. Əgər insan bu halla Allaha diqqət etsə, əliboş qayıtmaz.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930