İmam Zamanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 8-05-2023, 10:48
İmam Zamanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti
İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün dünya insanlarına xitab edəcək və İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək - onlar İmamın (ə.f) dostları olacaqlar.

İmamın (ə.f) dostlarının elə xüsusiyyətləri vardır ki, başqalarından fərqləndirər. Onların ən mühüm xüsusiyətləri bunlardır:

1. Dərin baxış.

İmam Zaman ağanın (ə.f) dostları dərin baxışa və dərkə malik insanlardır. Bu dərkin öz növləri vardır:

a). Allah Təalaya nisbətdə dərin baxış. Bu mərifət o qədər möhkəmdir ki, nə şübhələr ona təsir edər və nə də özünə şübhə daxil edər.

İmam Əli (ə) buyurur: "O kəslər ki, Allahı layiqli olan şəkildə tanıyar, onlar axəril-zamanda İmam Zamanın (ə.f) dostlarıdır”.

İmam Sadiq (ə) İmamın (ə.f) dostlarını belə təsvir edir: "Onlar o kəslərdir ki, sanki ürəkləri dəmir parçasıdır. Daşdan bərkdirlər. Allahın zatına görə heç bir şübhələri yoxdur”.

b). İmama (ə.f) nisbətdə dərin baxış. İmamın (ə.f) dostları İmamı (ə.f) tanıyırlar. İmam Səccad (ə) bu haqda buyurur: "Onlar İmam Məhdinin (ə.f) imamətliyinə möhkəm etiqad bəsləyirlər”. Bu mərifət vilayət haqqı barədə olan mərifətdir.

c). İnsanlara və varlıq aləminə görə dərin baxış. İmamın (ə.f) dostlarının bu dünyadakı arzu və hədəfləri kiçik və dəyərsiz deyildir. Onlar bu dünyanın bir körpü olduğunu dərk edir və ondan ən yaxşı şəkildə axirətə çatmaq üçün faydalanırlar.

2. İbadət.
İmamın (ə.f) dostları öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. Həzrət Peyğəmbər (s) buyurur: "Onlar ubudiyyət yolunda ciddi və çalışqandırlar”. İmam Əli (ə) buyurur: "Gecənin ürəyində Allah qorxusundan nalə çəkərlər, övladı ölmüş anaların naləsi kimi”.

3. Məhəbbət.
İmam Zaman ağanın (ə.f) dostları ona sevgi bəsləyərlər. Bu sevgi o həddədir ki, hətta atının yüyənini belə bərəkət hesab edir və onu təbərrük kimi qəbul edirlər. İmam Sadiq (ə) buyurur: "Təbərrük kimi İmamın atının yüyəninə əl çəkərlər”.

4. İtaət.
Həzrətin (ə.f) istəyini öz istəyindən üstün bilmək - İmamın (ə.f) dostlarının başqa bir sifətlərindəndir. İmam Sadiq (ə) buyurur: "Onların İmama itaət etməsi kənizin öz sahibinə itaətindən daha çoxdur”.

Onlar yaxşı bilirlər ki, haqq İmamladır. Onlar nəinki mütidirlər, vəzifələrini yerinə yetirmək yolunda heç bir bəhanə gətirmirlər. Ona itaətdə ciddi və çalışqandırlar. İmamın (ə.f) hədəfini həyata keçirtmək üçün özlərini atəşə vurarlar.

5. Şücaət.
İmamın (ə.f) dostları da İmam (ə.f) kimi şücaətli və igiddirlər. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. İmam Əli (ə) buyurur: "Hamısı öz mağarasından çıxmış şir kimidirlər. Əgər iradə etsələr, dağları yerindən qopardarlar”.

6. Səbir.
İmam Zaman ağanın (ə.f) hədəflərini yerinə yetirmək yolunda çox sayda çətinliklər meydana gələcəkdir. Lakin bu insanlar təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar. Çətinliklərin hücumuna baxmayaraq, Allaha minnət qoymazlar.

İmam Əli (ə) buyurur: "Məhdinin (ə.f) dostları o kəslərdir ki, səbirli olduqları üçün Allaha minnət qoymazlar. İxlaslı olduqları üçün böyüklük hiss etməzlər”.

Allah Təala bizləri İmamın (ə.f) dostlarından qərar versin, inşəallah.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031