Necə edək ki, İmam Zaman (ə.f) bizdən razı qalsın?
Mьəllif: admin1
Tarix: 8-03-2023, 11:20
Necə edək ki, İmam Zaman (ə.f) bizdən razı qalsın?
Nəfsin Təzkiyyəsi
Mömin əgər Həzrət Hüccətin (ə.f.) razılığını əldə etmək istəyirsə, gərək fərdi və ictimai vəzifələrini gözəl şəkildə yerinə yetirsin...

İmamın (ə.f.) nəzərini cəlb etmək və onu razı salmaq üçün ilk növbədə nəfsimizi islah etməli və gözəl əxlaqa malik olmalıyıq.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Hər kim Həzrət Qaimin (ə.f.) dostlarından olmaq istəyirsə, gərək intizarda olsun. Bu zaman dindarcasına və gözəl əxlaqla rəftar etsin”.

Bu hədisdən görünür ki, hər kim Ağanın (ə.f.) razılığını əldə etmək istəyirsə, gərək günahdan uzaq olsun, gözəl əxlaqa malik olmağa çalışsın. Ağanın qeybətinin uzun çəkməsinin səbəbi Əhli-beyt (ə) davamçılarının çox sayda günah işlətməsidir.

Ağa (ə.f.) buyurur: "Bizim Əhli-beyt (ə) davamçıları ilə əlaqəmizi kəsən şey davamçılarımızdan bizə çatan xoşagəlməz əməllərdir. Bizim xoşumuza gəlmir və bunu onlardan gözləmirik”.

Mömin əgər Həzrət Hüccətin (ə.f.) razılığını əldə etmək istəyirsə, gərək fərdi və ictimai vəzifələrini gözəl şəkildə yerinə yetirsin.

Mömin qəlbində daima Ağa ilə rabitədə olmalıdır və onunla əhd bağlamalıdır. Bu əməl Həzrətin (ə.f.) razılığını qazanacaq əməldir. Bizim cəmiyyətdə məsuliyyətlərimiz vardır.

Bunu yaddan çıxartmamalıyıq. Əgər həqiqətən Ağanın (ə.f.) razılığını əldə etmək istəyiriksə, gərək fərdi və ictimai vəzifələrimizi tanıyaq. Onları düzgün şəkildə yerinə yetirək.

İmam Baqir (ə) buyurur: "Vacibatı yerinə yetirmək üçün səbir edin, düşmənlərinizin qarşısında müqavimət göstərin. İntizarında olduğunuz İmamla bağlarınızı möhkəm edin”.

Beləliklə hədislərdən görmək olur ki, İmamlar (ə) daima möminləri zamanın İmamı (ə) ilə peyman və əhd bağlamağa dəvət edir. İmam (ə) da bizdən bu peymanı və əhdi istəyir və eyni zamanda buyurur ki, hər günün başlanğıcında və ya hər namazdan sonra əhd duasını oxuyaq.

Bu yolla möminlər hər gün İmamı (ə) xatırlayar və onun zühurunun tezləşməsi üçün dua edərlər. Möminlər Ağa (ə.f.) ilə peymanlarını təzələyərək, nalayiq rəftarlardan çəkinərlər.

"Əhd” duasının bir hissəsində oxuyuruq: "Allahım! Mən bu günün başlanğıcında və ömrümün hər anında o Həzrətlə bağladığım əhdi təzələyirəm. Heç bir zaman o əhd və beyətdən geri çəkilməyəcəyəm. Öz vəzifəmə bağlı olacağam”.

Əgər biz hər günün başlanğıcı səmimi qəlblə İmamı (ə.f.) xatırlasaq və onunla əhdimizi təzələsək, heç bir zaman zillət altına düşmərik. Hər bir günahdan da uzaq olarıq. Ona görə də Ağanın (ə.f.) razılığını əldə etmək üçün hər gün "Əhd” duasını oxumalıyıq.

İmamın (ə.f.) razılığını qazanacaq əməllərdən ən mühümü - Allahın ibadətini yerinə yetirməkdir. Mömin ibadətlərini etməli, həyatın hər bir sahəsində təqvaya riayət etməlidir.

Mömin əgər ibadətində ixlaslıdırsa, Ağa (ə.f.) ilə görüşmək tofiqinə də nazil ola bilər. Düzdür, bu çox az insana nəsib olmuşdur. Ancaq İmamı (ə.f.) xatırlamaq və onu yada salmaq hamı üçün mümkün bir şeydir.

Biz İmamla (ə.f.) söhbət də edə bilərik. O, bizim söylədiklərimizi eşidər, çünki o, Allahın yer üzərindəki hüccətidir. O, bizim əməllərimizə və rəftarlarımıza nəzarət edər və hər şeydən xəbərdar olar.

Bizim gördüyümüz bütün işləri, hətta nalayiq işlərimizi belə görür və eşidir. Biz onunla söhbət edən zaman dediklərimizi eşidir və hətta bizə cavab belə verir. Ancaq dərk etmədə fərq olduğu üçün biz onu eşitmirik. O insanlar ki, ali mənəviyyata malikdirlər, ola bilsin ki, İmamın (ə.f.) səsini eşitsinlər.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031