Cənazənin dəfni
![]() Nümunə üçün bəzisinə nəzər salaq: Həzrət Əli (ə) buyurmuşdur: “Kim bir cənazənin daşınmasında iştirak edərsə, Allah ona dörd savab yazar: birincisi, cənazənin aparılmasında kömək etdiyi üçün, ikincisi, cənazə namazı qıldığı üçün, üçüncüsü, dəfn edilənə qədər gözlədiyi üçün, dördüncüsü də mərhumun sahiblərinə baş sağlığı verdiyi üçün.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail”, c. 2, səh. 822. bölmə 48; “Biharul-Ənvar”, c. 81, səh. 268) Başqa bir rəvayətdə deyilir: “Kim bir müsəlman cənazəsinin daşınmasında iştirak edərsə, ona Qiyamət günü dörd şəfaət haqqı verilər və bu əsnada mər¬hum üçün nə dua edərsə, bir mələk də “bu, eynilə sənin üçün də olsun” deyə onun haqqında dua edər.” (“Furu-ul Kafi”, c. 3, səh. 173; “Əl-Vəsail”, c. 2, səh. 821; “Biharul-Ənvar”, c. 81 səh. 257) Bəzi rəvayətlərdə isə gəlmişdir: “Cənazənin dəfn edilmək üçün aparıldığı əsnada, onun arxasınca getmək yanında getməkdən daha fəzilətlidir.” (“Furu-ul Kafi”, c. 3, səh. 169; “Mən lə yəhzurul-Fəqih”, c. 1, səh. səh. 100) Bu kimi rəvayətlər cənazə dəfnində iştirak etməyin fəzilətini və savabını bizə bəyan edir. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|