Ölünün kəfənlənməsinin fəlsəfəsi
![]() Dirilərin gözündə daha sevimli və təmiz olsun, dostunun iyrənməsinə, nifrət duymasına vasitə olmasın. Yoxsa onun sevgisini unudar, mirasına yiyə çıxmaz və vəsiyyəti yerinə yetirməz.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 1, hədis: 1; “Biharul-Ənvar”, c. 81, səh. 324) Kəfənin ağ rəngdə, pambıq və keyfiyyətli parçadan olması sünnədir. Bu məzmunda qeyd olunan hədisdə Allah Rəsulu (s) buyurur: “Ağ rəngli paltar geyinin. Çünki o daha gözəl, daha təmizdir. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 19, hədis: 1; “Təhzibul-Əhkam”, c.1, səh. 434). Peyğəmbər (s) başqa bir hədisdə belə buyurmuşdur: “Ən xeyirli paltarları¬nız ağ rəngdə olanlardır. Elə isə diriləriniz ağ rəngli paltar geyinsin. Ölülərinizi də ağ rəngli parça ilə kəfənləyin.” (“Tirmizi”, Cənaiz, 18; “Biharul-Ənvar”, c. 81, səh. 329; “Əbu Davud”, “Tibb”, 14) Başqa bir rəvayətdə isə buyurulur: “Kətan İsrail oğullarına aiddir. Onlar cənazələrini onunla kəfənləyərlər. Pambıq isə Muhəmməd (s) ümmətinə aid olan parçadır.” (“Əl-Vəsail”, c. 2, “Əbvabut-təqfin”, bölmə: 20, hədis: 1-2; “Təhzibul-Əhkam”, c. 1, səh. 432) İslam dini diriyə qoyduğu hörməti ölüyə də qoyur. Qüsl, kəfən və dəfn insanın məqamına hörmət əlaməti sayılır. Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. "İslamda Vardır" kitabından Ahlibeyt.ge Oxşar xəbərlər
|