Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr
Mьəllif: admin1
Tarix: 28-02-2022, 11:09
Bəlanı, qəmi dəf edən, ölümü təxirə salan, yoxsulluğu aradan aparan zikr

1. Bəlanın və qəm-qüssənin dəf olması. İmam Sadiq (ə) buyurur: “Hər kim gün ərzində yüz dəfə لا حول و لا قوة الا باالله (“Lə həvlə və lə quvvətə illə billəh”) deyərsə, Allah 70 növ bəlanı insandan uzaq edər. Onların ən azı - qəm-qüssədir.

2. Ölüm zamanını təxirə salar. İmam Sadiq (ə) bu-yurur: “O kəs ki, لا حول و لا قوة الا باالله (“Lə həvlə və lə quvvətə illə billəh”) 1000 dəfə deyər, Allah Təala Həcc evini ruzisi qərar verər və əgər ölümü yaxın olarsa, Allah onu təxirə salar ki, həcci ruzisi etsin”.

3. İmam Hüseynin (ə) kəsilmiş mübarək başının zikri. Dəməşqdə eşidilib ki, İmamın (ə) kəsilmiş mübarək başı deyirmiş: “ لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh”)

4. Behiştdən bir xəzinə. Həzrət Peyğəmbər (s) buyurur: “ لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh”)zikrini çox deyin ki, behişt xəzinəsindəndir”.

5. 70 bəlanı uzaq edər. Hədisi nəql edən yazır ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: “O kəs ki, deyər: (“Lə həvlə və lə quvvətə illə billəh”) لا حول و لا قوة الا باالله, Allah-Təala ona xatir 70 növ bəlanı ondan uzaq edər ki, onların ən kiçiyi boğulmaqdır”.

6. Ağrını dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “ لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh”) - behişt xəzənəsindəndir ki, 99 dərdə şəfa verər”.

7. 72 növ dərdə şəfadır. Həzrət Peyğəmbər (s) bu-yurur: “O kəsə ki, çoxlu nemət çatar, “Əlhəmdulilləhi Rabbil-Aləmin” zikrini çox desin. O kəsə ki, yoxsul-luq üz verər, “ لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh”) zikrini çoxlu desin ki, o, behişt xəzinəsidir. 72 növ bəlanın şəfasıdır”.

8. Nə zaman qəmgin olsan. İmam Sadiqdən (ə) nəql edi-lir ki, buyurub: “Ey Süfyan! Nə zaman Allah sizlərdən birinə nemət verər, dayan və Allah Təalaya şükür et. De: “Əlhəmdulilləh”. Nə zaman ruzin geciksə, tövbə et. De: “Əstəğfirullah”. Nə zaman qəmgin olsan, de: “ لا حول و لا قوة الا باالله “(“Lə həvlə və lə quvvətə illə billəh”)

9. Bəlanı dəf edər. İmam Sadiq (ə) buyurur: “Nə zaman sübh və məğrib namazlarını qıldın, 7 dəfə de: بسم الله الرحمن الرحیم لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh. Bismillahir-Rəhmanir-Rəhim”). Hər kim belə deyərsə, onu cüzam, dəlilik kimi xəstəliklər yaxa-lamaz. Nə də 70 növ bəla”.

10. Yoxsulluğa dərman olar. İsmayil ibni Əbdülxaliq deyir: “Həzrət Peyğəmbərin (s) səhabələrindən biri Həzrətin (s) xidmətinə gec gəlir. Peyğəmbər (s) ona buyurur: “Mənim yanıma gec gəlməyinə səbəb olan şey nədir?” Dedi: “Yoxsulluq və xəstəlik”. Buyurdu: “Sənə elə bir dua öyrədim ki, onun vasitəsilə Allah yoxsulluğu və xəstəliyi səndən aparsın”. Həzrət (s)

buyurdu: «لا حول و لا قوة الا با لله العلی العظیم توکلت علی الحی الذی لا یموت و الحمد لله الذی لم یتخذ صاحبة و لا ولدا و لم یکن له شریک فی الملک و لم یکن له ولی من الذل و کبره تکبیرا»

11. Sübh namazından sonra 100 dəfə demək. İmam Rza (ə) buyurur: “Hər kim sübh namazından sonra yüz dəfə بسم الله الرحمن الرحیم لا حول و لا قوة الا با لله العلی العظیم (“Bismilləhir-Rahmənir-Rahim. Lə həvlə və lə quvvətə illə billəhil-’aliyyil-’azim”)deyərsə, Allahın Əzim adları içərisində gözün qarasından ağına yaxın olar və həqiqətən Allahın əzim adlarının çevrəsində qərar tutar”.

12. İmam Əlinin (ə) Kumeylə tövsiyəsi. İmam Əli (ə) Kumeylə xitab edərək, buyurur: “Ey Kumeyl! Hər gün Allahın adını dilinə gətir. De: “ لا حول و لا قوة الا باالله ” (“Lə həvlə və lə quvvətə illə billəh”). Allaha təvəkkül et, bizi yada sal və bizə salam göndər. Ey Kumeyl! Hər çətinliyə düşəndə də bu zikri de”.

13. Evdən çıxan zaman. Əbu Həmzə nəql edir ki, İmam Baqir (ə) evdən çıxan zaman deyərdi: (“Bismilləhi xarəctu, və aləlləhi təvəkkəltu və lə həvlə və lə quvvətə illə billəh”) بسم الله خرجت و علی الله توکلت و لا حول و لا قوة الا با لله

14. İmam Cavada (ə) təvəssül etmək. Xəstəlikdən şəfa tapmaq üçün 2 rükət hacət namazı qılın və Həzrət Cavada (ə) təvəssül edin. Sonra 146 dəfə de: (“Məşəallah lə həvlə və lə quvvətə illə billəh”) ما شآء الله لا حول و لا قوة الا با لله

Bu əməli əsr namazının vaxtından başlayaraq, iki saat sonraya qədər etsəniz, daha yaxşı olar.

15. Həccə getmək üçün. İmam Sadiq (ə) buyurur: “Hər kim 1000 dəfə لا حول و لا قوة الا باالله (“Lə həvlə və lə quvvətə illə billəh”) zikrini desə, həcc onun ruzisi olar. Əgər əcəli yaxın olarsa, Allah əcəlini təxirə salar ki, həcci ruzisi qərar versin”.

16. Çətinliyi aradan aparar. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Nə zaman çətinliyə düşsən, bu duanı çoxlu oxu: (“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-’aliyyil-’azim iyyəkə nə’budu və iyyəkə nəstə’in”) بسم الله الرحمن الرحیم لا حول و لا قوة الا با لله العلی العظیم ایاک نعبد و ایاک نستعین

17. Şeytan vəsvəsəsinə qarşı. İmam Sadiq (ə) bu-yurur: “Şeytanın vəsvəsəsini aradan aparmaq üçün əlini sinənə qoy və de: «بسم الله و با لله محمد رسول الله و لا حول و لا قوة الا با لله العلی العظیم اللهم امسح عنی ما احذر Sonra əlini qarnının üzərinə qoyub, bu zikri 3 dəfə deyirsən”.


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930