Allaha imanı olan insan üç halla qarşılaşar: qorxar, ümid bəsləyər, və bağlanar
Mьəllif: admin1
Tarix: 31-10-2021, 11:02
Allaha imanı olan insan üç halla qarşılaşar: qorxar, ümid bəsləyər, və bağlanar
“Hər şeydən əvvəl axirətdə tərəziyə qoyulan şey – imanınızdır. İnsanın etiqadını, əməlini, əxlaqını tərəziyə qoyarlar. Mən əgər bütün ömrüm boyu namazı etiqadım olmadan qılmışamsa, bu namazın mənası olmaz.

“Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə, (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır)”. (“Nəhl” 106).

Bu ayə Əmmar haqqında nazil olmuşdu. O, işgəncə altında kafirlərin dediklərini təkrar edir və sonra çox narahat olur ki, dinini bada vermişdir.

Ona görə də Həzrət Peyğəmbərin (s) yanına gəlir və olanları danışır. Bu ayə nazil olur və buyurur ki, dedikləri məcburiyyət üzündən olmuşdur, öz iradəsi ilə deyil.

İnsan əgər küfrü öz iradəsi ilə qəbul edərsə, əvvəl mömin olmasına baxmayaraq, kafir olar. Yəni, kafirlərin rənginə bürünər. İnsan əgər rəngini tez-tez dəyişərsə, etiqadsız olar.

Bunu cavanlara deyirəm. Ali məktəbə gedən zaman bir rəng alırlar, dini tədbirlərdə başqa bir rəng. Bu rəng dəyişimi onların etiqadını aradan aparar. Əgər ali məktəbə getmək sizi etiqadsız edirsə, ora getməyiniz haramdır.

Belə olan insan dünyasını axirətdən üstün bilir. Məgər dünya neçə ildir ki? İmam Sadiq (ə) ateist olan İbni Əbi Ucaha buyurur: “Mənimlə sənin dünyamız bir-birindən çox fərqlənmir.

Mümkündür ki, sənin bəzi şeylərin məndən çox olsun, mənim də bəzi şeylərim səndən çox olsun”. İnanın ki, o kəs ki, mömindir, rahatlığı daha çoxdur.

Lakin o kəs ki, küfrlə dünyadan gedər, əbədi olaraq bəlada olar. Əgər insan dünyanı axirətdən üstün bilərsə, deməli nəzərində mühüm olan budur. Bu insanların ürəkləri, qulaqları möhürlənmişdir. Nəinki eşitmir, bəlkə fiziki olaraq eşidir, ancaq dərk etmir.

Bu insanlar qafildirlər. O zaman ki, bir zərrə qədər iman insan ürəyinə nüfuz edər, elə şeyləri fikirlərşər ki, bu imana görə olar. Misal üçün Allahdan qorxar, Allaha ümid bəsləyər.

Halbuki, imanı olmayan zaman nə qorxurdu və nə də ümidi var idi. Allaha imanı olan insan üç halla qarşılaşar: qorxar, ümid bəsləyər və bağlanar.

Hər nə qədər imanı artarsa, bağlanmağı və sevgisi daha da artar. Əgər imanı olmazsa, bunların heç biri olmaz. Əgər siz Allahın adını çəkən zaman ürəyinizdə qorxu, ümid və bağlanmaq kimi hisslər yaranmazsa, deməli ürəyin imandan xəbəri yoxdur.

İmanı olan insanın ürəyində qorxusu da olar, ümidi də, məhəbbəti də. Əgər bu halla namaz qılarsa, deməli ürəyi ilə namaz qılmışdır.

Əgər ürək namazda iştirak etməzsə, insan namazı qəflət halında qılmış olar. Qəlb hüzuru o deməkdir ki, insan namaz əsnasında namazda olduğunu bilər.

Bu dünya - ticarət dünyasıdır və bizim ticarət edə biləcəyimiz şey - iman və etiqadımızdır. Əgər bu olarsa, deməli qalib gəlmişik və mənfəətimiz var. Əgər olmazsa ki, heç bir şey. Deməli, bizim bütün işlərimiz ancaq iman və etiqad olan zaman dəyərlidir və axirətə gedər, əks halda mənası olmaz”.


(Ayətullah Muhəmmədəli Cavidanın əxlaq dərslərindən)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930