Batini agahlıq, fikirləri bilmək, teyyul-ərz – böyük arif Şeyx Həsənəli Noxudəki ağanın kəramətləri
Mьəllif: Admin
Tarix: 5-10-2021, 22:15
Batini agahlıq, fikirləri bilmək, teyyul-ərz – böyük arif Şeyx Həsənəli Noxudəki ağanın kəramətləri
Şeyx Həsənəli Əhli-Beyt (ə) məktəbinin görkəmli şəxsiyyətlərindən olaraq, öz kəramət və elmi ilə böyük şöhrət qazanmışdır. Bu böyük alimin həyatı ilə biz də qısa da olsa, tanış olaq.

Mərhum Şeyx hələ uşaq yaşlarından Allaha xüsusi sevgi göstərmiş və özünü tanıdığı gündən bəri Allah qürbünün axtarışında olmuşdur. O, 12 yaşından bəri gecələri ibadətlə məşğul olmuş və gündüzləri oruc tutmuşdur. 12 yaşından tutmuş, bərəkətli ömrünün sonuna qədər

Rəcəb, Şəban, Ramazan aylarını oruc tutar və Əbyəz günlərinə xüsusi diqqət göstərərdi. Seyidlərə, alimlərə xidmət göstərər və İlahi övliyaların (ə) qəbirlərini davamlı olaraq ziyarət edərdi.

Böyük arif zahiri və batini elmə malik idi. Belə əqidədə idi ki, tövhidi, əhkamı, vilayəti öyrəndikdən sonra başqa elmləri də öyrənmək lazımlıdır. O, fəlsəfə, tibb elminə xüsusi əhəmiyyət verərdi.

Alim demək olar ki, gününün çox hissəsini insanlara xidmət üçün ayırmışdı. Bir gün oğlu ona deyir ki, bəlkə insanlara xidmət üçün müəyyən saatlar təyin etsin ki, özü də dincələ bilsin. Alim oğluna belə cavab verir: “ Oğlum! O kəs ki, Allah rizası üçün xəlqə xidmət edər, gərək vaxt təyin etməsin. Allah yanında gecə və gündüzün fərqi yoxdur”.

Alim sübh namazından sonra bir qədər istirahət edər və sonra zöhr namazına qədər insanların müalicəsi ilə məşğul olardı. Namazdan sonra isə sualı olanlara cavab verərdi.

Alimin kəramətlərindən bəzisinə işarə edək:

Batindən agahlığı.

Şeyx Muxtar Ruhani nəql edir: “Bir gün yoxsul bir seyyidə xanım məndən çadra və məqnə istəmişdi. Dedim ki, hal-hazırda sənin istəyini yerinə yetirə bilmirəm.

Həmin günü Şeyx Həsənəlinin xidmətinə getmişdim. Xidmətindən çıxmaq istəyən zaman mənə bir qədər pul verdi və dedi: “Bu pul ilə o seyyidə qadına çadra və məqnə al”.

Fikirlərdən agahlığı.

Mərhum Əbülqasim Övliyayi nəql edir: “Hər cümə günü şəhər ətrafında yaşayan bu alimin xdimətinə gedərdim. Bir gün yol gedən zaman Əbu Əli Sinanın bir sözü məni çox düşündürürdü. O, sözü səhv hesab edirdim.

Şeyxin yanına gələn zaman bir söz deməmiş, İbni Sinanın sözlərini deməyə başladı. Bu yolla həmin çətinlik mənim üçün həll oldu. Sonra buyurdu: “Yaxşı deyildir ki, insan dahi şəxsiyyətlərə səhvi nisbət versin”.

Teyyul-ərz.

Alimin oğlu nəql edir: “O zaman ki, Rusiya ordusu Xorasanı işğal edir, bizim Məşhəd şəhərinin ətrafında olan Noxudək kəndində evimiz vardı və orada sakin idik.

Atam həftədə iki dəfə insanların hacətini yerinə yetirmək üçün şəhərə gələrdi. Bir gün şəhərdən çıxan zaman təhlükə hiss etdik və atama dedim: “Niyə bu qədər səs-küyün içində axşama qədər şəhərdə qalmısınız?”.

Buyurdu: “Bir Əli (ə) övladlarından olan şəxsin hacətini yerinə yetirmək üçün məcbur idim”.

Dedim: “Axı yol təhlükəlidir”.

Atam uzunqulağa minmişdi və mənə buyurdu: “Gəl, sən də uzunqulağa min”.

Mən də itaət etdim. Bu zaman bir təkbir dedi və anidən gördüm ki, evimizin qapısındayıq”.

Alimin dostlarından biri nəql edir ki, Şeyx vəfat edən günü cənazəni aparan zaman bir xristian qadın üz-gözünə döyür və ağlayırdı.

O, deyirdi: “Mənim yanımda olan bu iki qız çox xəstə idilər. Hər nə qədər müalicə edirdiksə, xeyri olmurdu. Hətta xarici həkimlər də belə, çarəsiz idilər.

Qonşumda olan müsəlman qadın mənə alimi məsləhət gördü və evinin qapısına gəlib hacət istəyənlərin dəstəsinə qoşuldum. Mən öz dinimi demədim və hacətimi söylədim.

Alim mənə buyurdu: “Bu iki ənciri götür və müsəlman qonşuna ver ki, dəstəmazlı halda onları sənin qızlarına yedizdirsin”.

Dedim: “Axı onlar heç nə yeməyə qadir deyildirlər”.

Buyurdu: “Suda həll et və onlara ver”.

Mən həmin əncirləri qonşuma verdim və o da dəstəmazlı halda onları suda həll edib, qızlarımın boğazına tökdü. Bir qədər keçməmiş gözlərini açdılar və şəfa tapdılar. Bəli, belə bir insanı əldən vermişik”.

Şeyxin nəfəsi belə təsirli idi. Şeyx Əbdürrəzzaq nəql edir: “Bir gün alim Məşhəd hovzəsində tədrislə məşğul idi. Bu zaman bir əqrəb tələbələrdən birini sancır və həmin tələbə qışqırmağa başlayır.

Alim soruşur ki, nə olmuşdur? Deyir: “Yanıram”. Şeyx deyir: “Yanma”. Bu zaman bütün ağrısı çəkilir. Yarım saat sonra isə tamamilə şəfa tapır”.

Buludlara göstəriş verir.

Oğlu nəql edir: “Şəvval ayının birinci günü biz Noxudək kəndindəki evdə idik. Atam buyurdu: “Dama qalxım və Ayı görməyə çalışım”.

Göyün üzü buludlu idi və mən dedim ki, belə bir havada Ayı görmək mümkün olmayacaqdır.

Mənə dedi: “Bəs buludlara niyə göstəriş vermirsən ki, kənara çəkilsinlər”.

Dedim: Atacan, mən kim, buludlara əmr etmək kim?!”.

Mənə dedi: “Geri qayıt və barmağınla işarə edib de ki, buludlar kənara çəkilsinlər”.

Çarəsiz dama çıxdım və atamın dediklərini etdim. Bu zaman buludların dağıldığını müşahidə etdim. Bir müddət sonra göy tamamilə buluddan təmizlənmişdi”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930