Ən pis zülmü tanımaq
Mьəllif: Admin
Tarix: 24-08-2021, 22:04
Ən pis zülmü tanımaq
Ağlın və dinin bəyənmədiyi əməllərdən biri zülmdür. Zalım insan başqalarına zülm etməzdən əvvəl, özünə zülm edər.

Ona görə də hər kim başqalarına yaxşılıq edər – əslində özünə yaxşılıq etmiş olar. Hər kim yoxsulun əlindən tutar – əslində özünə lütf etmiş olar.

Başqalarına pislik edən insan, birinci özünə zülm edər, sonra başqalarına. Onun ilk dünya ziyanı bu olar ki, dostunu əldən verər və özünə düşmən qazanar.

Müqəddəs Quran zalımlar haqqında buyurur: “Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır”. (“İbrahim” 22).

“Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər”. (“Həcc” 53).

“Allahın lənəti olsun zalımlara!”. (“Hud” 18).

İmam Baqir (ə) zülmü üç dəstəyə bölür: Allaha edilən zülm, özünə edilən zülm, başqalarına edilən zülm.

Dinimizin nəzərində o kəslərin ki, yavəri yoxdur, onlara zülm olunması – ən pis aqibəti olan zülmdür.

Bu səbəbdən İmam Hüseynin (ə) və İmam Səccadın (ə) son vəsiyyəti bu olmuşdur ki, Allahdan başqa yavəri olmayan birinə zülm etməyin!

Dinimiz evlənmək istəyən cavanlara buyurur ki, bu mövzuda tələskənlik etməsinlər. Əvvəl tədqiq etsinlər və qarşı tərəf haqqında kifayət qədər məlumat toplasınlar. Ondan sonra ailə qursunlar.

Dinimiz ailə quran zaman ən mühüm amilləri iman və təqvada görür. Buyurur ki, hər kimdə bu iki sifət olarsa, ona qız vermək olar. Çünki dindar və təqvalı insan heç bir zaman başqasına zülm etməz.

Dinimiz buyurur ki, hər bir məsələdə olduğu kimi, ailə mövzularında da tərəflər öz vəzifələrinə əməl etməli və bir-birinə zülm etməkdən çəkinməlidirlər. Çünki yuxarıda da dediyimiz kimi, zülm ilk olaraq insanın özünə ziyan vurar, sonra qarşı tərəfə.

Dinimiz buyurur ki, əgər sənə zülm edilibdirsə, sən də ona zülm etməyə çalışma. Çünki onun kimi olarsan. Əksinə, bağışlamağa və güzəşt etməyə çalış.

Ümumilikdə isə onu Allaha tapşır. Qoy Allah özü onun cəzasını versin. Allaha təvəkkül edib, Ondan yardım istəyin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031