Dinimiz evin dar olmasını bəyənir, yoxsa geniş olmasını?
Mьəllif: Admin
Tarix: 4-08-2021, 17:52
Dinimiz evin dar olmasını bəyənir, yoxsa geniş olmasını?
Müqəddəs İslam dininin nəzərinə görə, ən faydalı və ən yaxşı ev – o evdir ki, onun sakinləri orada rahat olarlar. Genişliyi elə olmalıdır ki, qonaqlar gələn zaman əziyyət çəkməyəsən.

Ancaq eyni zamanda elə böyük olmalı deyildir ki, insanın şəninə uyğun olmasın və ürfün nəzərinə görə çox böyük hesab olunsun.

İmam Sadiq (ə) buyurur: “Hər kim sükunət ehtiyacından çox ev inşa edərsə, Qiyamət günü onu (həmin evi) daşımağa vəzifələndirilər”.

Dinimiz dar evləri bəyənmir və buyurur ki, insan elə evdə yaşamalıdır ki, onun üçün geniş və rahat olsun, dar olmasın.

Hədislərin birində oxuyuruq ki, İmam Rza (ə) bir ev satın alır və davamçılarından birinə buyurur ki, o evə köçsün və sonra həmin şəxsə deyir: “Sənin evin dardır”.

Həmin şəxs deyir: “Bu evi atam inşa etmişdir”.

Həzrət (ə) buyurur: “Əgər sənin atan nadan idisə, bu, o deməkdir ki, sən də onun kimi olasan?”.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq ki, Həzrət (ə) buyurur: “Əgər mömin dünyada axirət ardınca olarsa, gərək özünə geniş ev hazır etsin. Orada qonaqlıq verib, sileyi-rəhm etsin. O evdə Allahın və insanların haqqını əda etsin”.

Deməli, insan öz imkanına uyğun çalışmalıdır ki, evi kifayət qədər geniş olsun, amma eyni zamanda, ehtiyacdan artıq böyük olmasını da təqdir etmir və bunun axirətdə məsuliyyət yaradacağı barədə xəbərdarlıq edir.

Əlbəttə ki, imkanı çatırsa. Əgər insanın maddi vəziyyəti ona yalnız kiçik ev əldə etməyə imkan verirsə, əlbəttə ki, bu, tam fərqli vəziyyətdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930