Nemətə küfr etmək necə olur?
Mьəllif: Admin
Tarix: 6-07-2021, 23:04
Nemətə küfr etmək necə olur?
Nemətə küfr etmək deyildikdə, ona diqqət etməmək və görməməzliyə vurmaq nəzərdə tutulur. Təbii ki, Uca Allahın bizim şükrümüzə ehtiyacı yoxdur, ancaq bunu Öz hikməti əsasında bəndəsi üçün zəruri hesab etmişdir.

Quranda oxuyuruq: “Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)»”. (“Loğman” 12).

Nemətə küfr etmək böyük ziyanlar gətirər. O cümlədən:

1. Alçaqlıq. İmam Səccad (ə) buyurur: “Əgər Allah insanları dalbadal ehsan etməklə məşğul edərsə və onlara layiq olan neməti bəxş edərsə, ancaq həmd və şükür yolunu tanımağı onlara bağlayarsa – onlar ehsandan bəhrələnərlər, ancaq şükür etməzlər. Onun çoxlu ruzisini əldə edərlər, ancaq şükür etməzlər.

Əgər insanlar belə olarsa, insanlıq sərhədindən keçər və heyvanlıq sərhədinə çatarlar. Quranın buyurduğu kimi olarlar: “Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)”. (“Furqan” 44).

2. Nemət məhv olar. İmam Sadiq (ə) buyurur: “Əgər şükür etsəniz – nemətlər davamlı olar. Əgər küfr etsəniz – çox keçməz, nemət əlinizdən çıxar”.

3. Yaxşılığın az olması. İmam Sadiq (ə) buyurur: “Allahın nifrini olsun o kəslərə ki, xeyir yolunu bağlayarlar”.

Soruşurlar ki, kimlər belədir?

Həzrət (ə) buyurur: O kəs ki, ona yaxşılıq edilər və o, küfr edər, bu zaman nemət sahibi ehsan etməz”.

4. Tez cəzalanmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Cəzada ən tez olan günah – nemətə küfrdür”. Yəni, hər kim nemətə küfr edərsə, tez bir zamanda cəzalanar.

5. Cəhənnəmə getmək. Quran buyurur: “Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!

Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir”. (“İbrahim” 28-29).



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031