Bu 2 şey dinin meyarıdır
Müəllif: Admin
Tarix: 6-07-2021, 15:26
Bu 2 şey dinin meyarıdır
Düz danışmaq – o fəzilətli əməllərdəndir ki, ağıl sahibləri yanında xüsusi əhəmiyyətə malikdir. Sağlam fitrəti olan insanın dilində dedikləri ilə ürəyindən keçirtdikləri bir olar. Yəni, həm zahiri və həm də batini eyni olar.

İslam dini – fitridir və fitrət də doğruluğun ardınca olar. Həzrət Peyğəmbər (s) buyurur: “Doğruluq – mübarək, yalan isə bəyənilməzdir”.

İmam Əlinin (ə) nəzərinə görə, doğru danışmaq – imanın ən möhkəm sütunudur. Dinin meyarı və Allah tərəfindən olan ilhamdır.

Həzrət Əli (ə) buyurur: "Doğruluq – imanın ən güclü sütunudur”.

İmam Əli (ə) yenə buyurur: “İki şey dinin meyarıdır: doğruluq və yəqinlik”.

İmam Sadiq (ə) buyurur: “(İnsanları tanımaq üçün) onların rüku və səcdələrinin uzun olmasına baxmayın. Çünki ona adət edər və əgər tərk edərsə, dəhşətə düşər. Lakin onun doğru danışmağına və əmanətdarlığına diqqət edin”.

Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Allah elə bir peyğəmbər məbus etməmişdir, məgər o halda ki, yaxşı və pis insanlara qarşı doğru danışan və əmanətdar olmuşdular”.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, doğruluq və düzlük – iman və dinin sütununu təşkil edər.

Hər kim bu fəzilətli sifətdən uzaq olarsa, əslində onun dininin köksüz olduğu meydana çıxar və həmin şəxsin imanının zəifliyindən xəbər verər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031