Şühudi və irfani mərifətin həqiqi yeri – ürəkdir
Müəllif: admin1
Tarix: 13-10-2020, 10:56
Şühudi və irfani mərifətin həqiqi yeri – ürəkdir
Quranın nəzərinə görə, şühudi və ürfani mərifətin həqiqi yeri – ürəkdir. Mərifət və şühud toxumları pak və hazır ürəklərdə inkişaf edər.

Buna təsir edən bəzi amillərə nəzər salaq:

1. İlahi təvqa.

Qurana müraciət edərək dərk edə bilərik ki, İslamın nəzərinə görə pak batinə malik olmaqla mərifət əldə etməyin arasında sıx rabitə vardır. Belə ki, əgər ürək çirkinlikdən paklanmazsa, elm və həqiqət ocağına çevrilə bilməz.

Allah Təala Qurani-Kərimdə batini bəsirət çırağının aydınlanmasının İlahi təqvadan asılı olduğunu bildirir.

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar”. (“Ənfal” 29).

Bu ayə təqva ilə mərifətin arasında olan rabitəni bəyan edir və batini təqvanın mərifət əldə etməkdəki roluna işarə edir.

2. İman.

İman ruhu dedikdə, həqiqət qarşısında təslim olmaq nəzərdə tutulur. İnsana bu fürsəti verir ki, həqiqəti olduğu kimi tanısın.

Quran o kəslərdən söhbət açır ki, küfr nəticəsində ölmüş idilər və onları iman vasitəsilə diriltmişdir. Sonra da onlar üçün bir aydınlıq qərar vermişdir ki, yollarını onun vasitəsilə tapa bilsinlər.

“Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. (“Ənam” 122).

Bu nur - həmin mərifətdir ki, ürfani və şühudi mərifət adlanır. Ona görə də Allaha olan iman insan ürəyində həqiqətləri tanımaq üçün zəminə hazırlayar.

3. Saleh əməl.

İmanla bir yerdə saleh əməl həqiqi mərifəti əldə etməyin başqa bir amilidir. Necə ki, təkamül yolu həqiqi mərifətdən asılıdır, həqiqi mərifət də təkamül yolundakı hərəkətdən asılıdır.

Belə ki, Quran buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

Yəni, o kəslər ki, İlahi yolu getmək üçün bütün səylərini göstərirlər, Allah da Öz yolunu onlar üçün aşkar edər. Lazım olan mərifəti onlara verər.

İmam Baqir (ə) buyurur: “Heç bir əməl mərifət olmadan qəbul olmaz və mərifət əməl olmadan həyata keçməz. O kəs ki, İlahi mərifət əldə edər, bu mərifət onu əmələ tərəf sövq edər. O kəs ki, əməl etməz, mərifəti olmaz”.

İmam Sadiq (ə) Ünvan Bəsriyə xitab edərək buyurur: “Əgər elm istəyindəsənsə, əvvəl öz varlığında übudiyyət həqiqətinin ardınca ol. Onu işə salaraq elm axtar, Allahdan dərk istə ki, sənə dərk etdirsin”.

4. Əməldə ixlas.

Saleh əməl - elə bir əməldir ki, düzgün niyyətə malik olmalıdır. Belə ki, ixlasın həqiqi mərifəti əldə etməyə çox böyük təsiri vardır. Nə zaman insanın əməli ixlasla və Allah üçün olarsa, ürəyində həqiqət mərifətinin çırağı alovlanmağa başlayar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan 40 gün və gecə ixlasla əməl edərsə, bəsirət gözü görər və Allah hikmət və mərifət gözünü ürəyindən dilinə axıdar”.

Ona görə də deyə bilərik ki, insan əməlində ixlaslı olaraq, übudiyyətin həqiqətinə çata bilər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31