Məsumlar (ə) xəbərdar edir: Cahilin, mərifətsizin imanı olmaz!
Mьəllif: admin1
Tarix: 6-06-2023, 10:48
Məsumlar (ə) xəbərdar edir: Cahilin, mərifətsizin imanı olmaz!
Mənəvi xəstəlikləri günah adlandırmaq olar. Bu xəstəliklər bəzən ağrılı olur və bəzən də ömrünün axırına qədər ağrısız gəlib gedir.

Əgər günahkar günahını tanıyırsa, gərək ondan əl çəkib haqq yoluna qayıtsın. Ancaq agahlığı olmayan halda bu günah onunla ömrünün axırına qədər gedəcəkdir.

İmam Əli (ə) bu haqda buyurur: “Günahkarların bürhanı - ən yanlış bürhandır. Üzrü hər bir aldadılmışdan əsassız, sevinməyi ilə agahsızlığına görədir.

Ey insan! Nə səni günah etməyə cürətləndirdi? Pərvərdigarının qarşısında məğrur etdi? Sənin bu xəstəliyinin dərmanı yoxdur?

Başqasının günəş altında yandığını görəndə ona kölgə salırsan, ya gücsüz bir xəstəni görən zaman ona göz yaşı tökürsən. Bəs özünə niyə yazığın gəlmir?

Bəs hansı şey səni bu xəstəliyə qarşa laqeyd edib? Müsibətlərə səbirli və özünə ağlamaqdan səni saxlamışdır? Halbuki, heç bir şey sənin üçün canından əziz deyildir.

Bəs necə bəlanın nazil olması qorxusu səni gecə yuxudan ayıltmayıbdır? Günaha batmısan və İlahi qəhrin pəncəsinə düçar olmusan”.

İslam təlimlərinə görə bir müsəlman hər bir sahədə agahlığa malik olmalıdır. O cümlədən:

1. Hər hərəkət və əməlin meyarı. İslam dinində hər bir hərəkətin və əməlin tanıma və agahlıqla olması vacibdir. Tanıma ilə başlasın, tanıma ilə sona çatsın.

Belə olmayan şeyin meyar və dəyəri olmaz. Hədisdə oxuyuruq: “Elə bir hərəkət yoxdur ki, orada mərifət və tanımaya ehtiyacın olmasın”.

2. Tanıma və elm insan dəyərinin ölçüsüdür.

3. Tanıma - insan üçün həyat kimidir. Ona görə ki, tanıma və mərifət insan həyatının mənbəyidir. Həqiqi həyat bu həyatdır, cismanı həyat deyil.

4. Tanıma - ibadət və Allaha yaxınlaşmağın ən ali növüdür. Hər bir ibadətin və Allaha yaxınlaşmağın dəyəri, əməl edənin mərifət və tanımasından asılıdır.

İmam Əlinin (ə) buyurduğu kimi: “Hər kəs gərək öz işindən bəhrələnsin. Görən insan - o kəsdir ki, düzgün eşidib, düşünsün. Yəni düz baxıb, agah olmuşdur.

İbrətlərdən nəsihət almışdır. Sonra o yolu gedər. Yolda itməkdən uzaq olar. Çalışar ki, ədalətə riayət etsin. Yolunu azanlar üçün etiraz üçün yol qoymaz”.

“Ona görə də qəlb tənbəlliyini mətanətlə müalicə et. Gözlərinin yuxuluğunu ayıqlıqla aradan qaldır. Allahın itaətini qəbul et və Allahı yada salaraq ünsiyyət bağla. Yada sal ki, Ona tərəf çevriləsən. O, da həmin an sənə tərəf çevrilər.

Səni Öz əfvinə tərəf dəvət edər. Kərəmi ilə bürüyər. Halbuki, sən Allahdan əlaqəni kəsib, qeyrisinə diqqət etmisən? Allah necə də böyük və qüdrətlidir! Necə gücsüz və dəyərsizsən sən!”.

Ona görə də əgər insanın mərifət və tanıması olarsa, haqq yolundan başqasına qədəm basmaz.

İmam Sadiq (ə) buyurur: “O məsələlərdə ki, gərək cahil olmayasınız, bacardığınız qədər ona diqqət edin. Özünüzü cəhl və nadanlığın üzrlü olmadığı işlərə girməyə vadar edin.

Çünki dinin öz hökmləri vardır ki, əgər kimsə onun zahirinə diqqət edib, hökmlərinə diqqət etməzsə, cahilcəsinə dinin zahirindən istifadə edər ki, bu da onun halı üçün yaxşı nəticə verməz. O zaman ki, hər kim bu hökmlərdən agahlıq əldə edər, onun halına ziyan dəyməz. Əksinə, onun üçün fayadlı olar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Mərifət - imanın əslidir. Hər kimin mərifəti yoxdur, imanı olmaz”.

Mərifətin nişanəsi.

Mərifətin nişanələrindən biri – İlahi xofdur. Bəndənin Allaha olan mərifəti hər nə qədər çox olarsa, Allahdan qorxusu daha çox olar. Ancaq Allaha cahil olan, öz cəhalətinə görə bu haldan uzaq olar.

Başqa bir nişanəsi budur ki, dünya meylindən uzaq olar. Özünü dünya qəmindən ayrı tutar. Həmişə axirəti xatırlayar. Ona görə də hər şeyi səmərə bilir, mərifətin səmərəsi bilir. Allahdan qorxur və Onunla ünsiyyət qurur.

Mərifətin başqa bir nişanəsi - Allaha olan sevgidir. Allahı tanıyanın məhəbbəti kamal həddinə çatarsa, hər şeyi Allahla eşidər, Allahla görər və yol gedər. İşlərini də bu cür yerinə yetirər.

Ona görə də İslam təlimlərini dərindən öyrənək və bizə lazım olan bu hökmlərdə cahil olmayaq.



(deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930