Salavatın dünya və axirət savabları hansıdır?
![]() Bundan başqa salavat nifaqı aradan aparar, hacətin yerinə yetməsinə səbəb olar və Allahı bəndədən razı salar, əməlləri pak edər. Salavatın axirət savabları: 1. Həzrət Peyğəmbərə (s) yaxın olmaq və şəfaətinə nail olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənə salavat göndərər, mənim şəfaətim ona çatar”. Rəsuli-Əkrəm (s) yenə buyurur: "Qiyamət günü mənə ən yaxın insanlar harada olursa-olsun o kəslərdir ki, dünyada olan zaman mənə çoxlu salavat göndərərlər”. 2. Günahların kəffarəsi olar. Salavat insanı qəbir əzabından və atəşdən xilas edə bilər. İmam Rza (ə) buyurur: "Hər kim yaxşı işləri ilə günahlarını örtə bilmir, gərək Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çoxlu salavat göndərsin ki, salavat günahları məhv edər”. Həzrət (ə) yenə buyurur: "Mənə salavat göndərmək - Siratda nurdur, hər kim Siratda nur olar, cəhənnəm əhlindən olmaz”. İmam Rzadan (ə) nəql edirlər: "Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbirdə və behiştdə nurdur”. 3. Əməl tərəzisində yaxşı əməllər ağır olar. Ənəs ibni Malik nəql edir: "Peyğəmbərin (s) xidmətinə daxil oldum və onu o gündən daha şad və sevincli görməmişdim. Səbəbini soruşdum, buyurdu: "Necə şad olmayım ki, Cəbrayil (ə) hal-hazırda mənim yanımdan çıxıb getdi və dedi ki, Allah buyurub: "Hər kim bir dəfə sənə salavat göndərər, ona on salavat göndərərəm. On (günahını) məhv edərəm və ona on həsənə yazaram””. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü əməl tərəzisinə qoyulan ən ağır şey - Peyğəmbərə (s) və Əhli-beytinə (ə) göndərilən salavatdır”. Salavatdan aldığımız nəsihətlər: - Salavat – Allah tərəfindən insana ən böyük hədiyyədir. - Salavat – behişt hədiyyəsidir. - Salavat – ruha cila verər. - Salavat – ətirdir ki, insanın ağzını ətirli edər. - Salavat – behiştdə olan nurdur. - Salavat – Siratda olan nurdur. - Salavat – insanın şəfaətçisidir. - Salavat – İlahi zikrdir. - Salavat – duanın kamala və yerinə yetməsinə səbəb olar. - Salamat – namazın kamala çatmasına səbəb olar. - Salavat – Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir. - Salavat – cəhənnəm atəşi qarşısında qalxandır. - Salavat – insanı hər üç aləmdə sığorta edər. - Salavat – ən sevimli əməldir. - Salavat – namazın zinətidir. - Salavat cəhənnəm atəşini söndürər. - Salavat günahları aradan aparar. /Deyerler.org/ Oxşar xəbərlər
|
|